Məhkəmə qərarları › İş №3(075)-914/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-914/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-914/2024 01.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X2 barəsində qəbul edilmiş 27 avqust 2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında verilmiş xx.xx.2024-cü il tarixli inzibati xətaya dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “Hyundai i40” minik markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərində Ağ şəhər adlanan ərazidə olarkən avtomobili part etmək istəyərkən Azparkinqin əməkdaşı ona yaxınlaşıb bildirdi ki, bu ərazi əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yeridir. O, həmin vaxtı əməkdaşa bildirmişdir ki, o, özü müharibə veteranıdır və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictima birliyinin üzvüdür. Əməkdaş ondan vəsiqələrinin olub olmadığını sorumuş, o isə vəsiqələrinin olduğunu bildirmiş və vəsiqələri ona göstərmişdir. Əməkdaş vəsiqələrə baxdıqdan sonra parklanma üçün heç bir problemin olmadığını bildirmişdir. O da avtomobili həmin yerdə saxlayaraq getmişdir. Qayıdanda da əməkdaş ona heç bir söz deməmişdir. Lakin səhəri günü günortadan sonra görmüşdür ki, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində saxladığına görə 60 manat cərimə edilmişdir. Elektron sistemdən çıxarışdan ona məlum olmuşdur ki, onun barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli qərarla o, İXM-nin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə təqsirləndirilərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. O, müharibə veteranı və həmçinin Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictima birliyinin üzvü olmağına, həmin vəsiqələri Azparkinqin əməkdaşına təqdim etdikdən və əməkdaş tərəfindən bu vəsiqə sahiblərinin həmin ərazidə saxlamasında problem olmadığını bildirdikdən sonra qeyd edilən yerdə avtomobilini park etdirdiyinə görə hesab edir ki, onun barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. Buradan da görünür ki, istər barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq ərizəçi və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə ərizəçinin və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışdan görünür ki, X2 barəsində xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, İXM-nin 346-1.3-cü maddəsi ilə 60 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Şikayətçi, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictima birliyinin üzvü olduğunu bildirsə də əlil olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi şikayətçi ləğv olunmasını tələb etdiyi inzibati tənbeh vermə haqqında qərarı iş materiallarına əlavə etməmişdir. Sadəcə olaraq rəsmi internet portalından çıxarılmış, cərimənin ödənilməsini nəzərdə tutan çıxarışı əlavə etmişdir. Bundan başqa qeyd etdiyi inzibati xətanı törətməməsinə dair hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə on manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə şikayətçinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edlməsinə münasibətdə isə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xətalar haqqında qərarların mübahisələndirilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar