Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-915/2024 22.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, işləməyən, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 329.3 və 333.1-ci maddələri ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş 07 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 07 sentyabr 2024-cü il tarixdə, saat 22:21 radələrində İXM-nin 327.3, 329.3 və 333.1-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X11 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X7 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22:21 radələrində xidmətdə olduqları müddətdə “VAZ 21074” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlatmışlar. Sürücüyə özlərini təqdim edib yoxlayan zaman, həmin avtomobilinin sürücüsündən kəskin spirt qoxusu gəlmişdir. Bu səbəbdən sürücü həkim müayinəsinə aparılmışdır. Həkim komissiyası tərəfindən yoxlanılan zaman sürücünün spirtli içki qəbulu nəticəsində sərxoş olması müəyyən olunmuşdur. Bildirmişdir ki, onlar ilk öncə həmin sürücüyə saxla işarəsi versələr də, o, avtomobili dayandırmayaraq idarə etmişdir. Buna görə də onun arxasınca getmişlər. Sürücü avtomobili saxlayan kimi qaçaraq kafeyə girmişdir. Bundan sonra başqa bir vətəndaş avtomobilə yaxınlaşmış, həmin avtomobili özünün idarə etdiyini bildirmişdir. Lakin avtomobili barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özü sərxoş halda idarə etmişdir. Polis şöbəsində hər iki şəxsin izahatları alınmışdır. Digər şəxs izahatında qeyd olunan avtomobili özünün idarə etmədiyi bildirmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22:21 radələrində özünə məxsus “VAZ 21074” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bildirmişdir ki, o, içkili olduğu üçün avtomobili onun dostu Ehtiram idarə etmişdir. Avtomobildə o, özü də olmuşdur. Onlardan başqa dostu Ülvi də onlarla birlikdə olmuşdur. O, avtomobilin sükanı arxasında olmamışdır. İçkili olduğu üçün özü avtomobili idarə etməmişdir. Polis əməkdaşı avtopatrulla onların arxasında gəlmişdir. Avtomobili saxlamaları üçün saxla işarəsi verməmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol əsassızdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, özünə məxsus “Vaz 2107” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə *00-66 taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22:21 radələrində Şəki rayonu Baş Göynük kəndi ərazisinə sifariş gəlmişdir. O, müştərini aparıb düşürüb, daha sonra Baş Göynük kəndində yerləşən çayxanaya getmişdir. Orada olduğu müddətdə “VAZ 21074” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil gəlib çayxananın qarşısında durduğunu, sürücüsünün qaçıb çayxanaya daxil olduğunu, daha sonra həmin avtomobilin arxasınca polis əməkdaşlarının gəldiyini görmüşdür. Qeyd olunan avtomobili Şəxs idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o və Ülvi Nəsibov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə birlikdə olmuşlar. Şəxs spirtli içki qəbul etdiyindən avtomobili o idarə etmişdir. Saat 22:21 radələrində o, avtomobili idarə etmədiyini bildirmişdir, çünki hadisə o radələrdə olmamışdır. Avtomobili əvvəlcə o idarə etmiş, kafenin qabağında saxlayıb düşmüşdür. Polis əməkdaşı onların arxasınca gəlib, saxla işarəsi verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, onlar maşında 3 nəfər olmuşlar. O, qarşı tərəfdə, sürücünün yanındakı oturacaqda oturmuşdur. Turan spirtli içki qəbul etdiyi üçün avtmobili Ehtiram idarə etmişdir. Turan avtomobilin arxa oturacağında əyləşmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.3, 329.3 və 333.1-ci maddələrinin tələblərini pozmuşdur. - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 07 sentyabr 2024-cü il tarixli, 716 saylı aktda göstərilir ki, müayinə zamanı Şəxs sərxoş olduğu müəyyən olunmuşdur. - Ağstafa rayonu *0066 taksi xidmətinin xx.xx.2024-cü il tarixli, 05 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə sürücü X3 idarə etdiyi “Vaz 2107” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu Baş Göynük kəndində sifarişdə olmamışdır. - X1 xx.xx.2024-cü il tarixdə polis şöbəsində verdiyi ifadədən görünür ki, şahid ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22:21 radələrində “VAZ 2107” markalı, **-CC-*** nömrəli nəqliyyat vasitəsini yol polisi işarə verib saxlayarkən maşını o idarə etməmişdir. O, avtomobili həmin gün, saat 22:21 radələrində yox, ondan əvvəl idarə etmişdir. - CD diskdəki video görüntülərdən görünür ki, “VAZ 21074” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Şəxs avtomobili idarə edərək kafenin qarşısında saxlamış, sonra qaçaraq kafeyə daxil olmuşdur. Eyni zamanda CD diskdəki digər video görüntüdən görünür ki, şahid X4 polis şöbəsində ifadə verərkən avtomobili idarə etmədiyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Şəki şəhərrayon Polis Şöbəsindən daxil olmuş material, tərəflərin izahatı ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş 07 sentyabr 2024-cü il tarixli, 716 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktda Şəxs sərxoş olması öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtomobili sərxoş olduğu üçün özü tərəfindən idarə edilmədiyini, həmin avtomobilin dostu Ehtiram tərəfindən idarə edildiyini bildirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin hazırki iş üzrə şahid qismində dindirilən Ehtiram Məmmədlinin verdiyi ifadə ilə polis şöbəsində verdiyi ifadə və CD diskdəki video görüntü arasında ziddiyət mövcuddur. Belə ki, polis şöbəsində verdiyi ifadədə protokolda qeyd olunan saatda və tarixdə avtomobilin onun tərəfindən idarə olunmadığını bildirsə də, hazırki məhkəmə iclasında bunun tam əksini bildirmişdir. Məhkəmə bu halı nəzərə alaraq şahidin ifadəsini mötəbər sübut kimi qəbul etmir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində özünə məxsus “Vaz 2107” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə *0066 taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2024-cü il tarixdə, saat 22:21 radələrində Şəki rayonu Baş Göynük kəndi ərazisinə sifariş gəldiyi üçün həmin kəndə getdiyini, kənddə çayxanada olduğu müddətdə “VAZ 21074” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil gəlib çayxananın qarşısında durduğunu, sürücüsünün qaçıb çayxanaya daxil olduğunu, daha sonra həmin avtomobilin arxasınca polis əməkdaşlarının gəldiyini gördüyünü qeyd etsə də, *0066 taksi xidmətinin xx.xx.2024cü il tarixli, 05 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə sürücü X3 idarə etdiyi “Vaz 2107” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu Baş Göynük kəndində sifarişdə olmamışdır. Göründüyü kimi məhkəmə sorğusu ilə əldə olunan məktubla şahidin ifadəsi arasında ziddiyət vardır. Lakin işdə olan sənəd və sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtomobili sərxoş vəziyyətdə idarə edərək İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.3 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-915/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-915/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver