Məhkəmə qərarları › İş №3(075)-92/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-92/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-92/2023 31.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, kafedə ofisiant işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2023-cü il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-98/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 22 iyul 2002-ci il təvəllüdlü X9 və 04 dekabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 manat məbləğində aliment tutularaq X3 verilməlidir. Aliment tutulmasının əvvəli 11 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Şəxs 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-98/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X6 ilə X7 arasında 06 sentyabr 1998-ci il tarixdə bağlanmış 152 nömrəli nikah pozulmalıdır. Tərəflərin birgə nikahdan olan uşaqları 22 iyul 2002-ci il təvəllüdlü X9 və 04 dekabr 2006-cı il təvəllüdlü X10 ataları X2 yanında saxlanılmalıdır. 22 iyul 2002-ci il təvəllüdlü X9 və 04 dekabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 manat məbləğində aliment tutularaq X3 verilməlidir. Aliment tutulmasının əvvəli 11 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Şəxs 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Şəki rayonu üzrə icra və probasiya şöbəsinin ictraatına daxil olmuşdur, icra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydaca məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu xəbərdarlığa məhəl qoymayaraq və icra sənədi üzrə yığılmış aliment borcunu ödəməkdən yayınaraq bugünədək heç bir ödəniş etməmişdir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Elektron icra» informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclu Şəxsnnın ünvanı Şəki şəhəri, Bağbanlar küçəsi, ev 93 göstərilmiş, lakin görülən zəruri icra tədbirləri nəticəsində borclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu barəsində xx.xx.2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində xx.xx.2021-ci il tarixdə 821360 saylı axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixində borclu Şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında aliment borcundan hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs xx.xx.2019-cu il tarixdən, yəni aliment hesablandığı gündən bu günədək qeyd edilən aliment pulundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 3600 (üç min altı yüz) manat məbləğində aliment borcu yaranmışdır. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Nəticədə məhkəmə qərarı uzun müddət icra edilmədən qalmışdır. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 98/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X6 ilə onun arasında 06 sentyabr 1998-ci il tarixdə bağlanmış 152 nömrəli nikah pozulmalıdır. Onların birgə nikahdan olan uşaqları 22 iyul 2002-ci il təvəllüdlü X9 və 04 dekabr 2006-cı il təvəllüdlü X10 ataları X2 yanında saxlanılmalıdır. 22 iyul 2002-ci il təvəllüdlü X9 və 04 dekabr 2006cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 manat məbləğində aliment tutularaq X3 verilməlidir. Aliment tutulmasının əvvəli 11 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Nigahın pozulması zamanı məhkəmədə iştirak etmişdir. Lakin işsiz olduğundan və maddi vəziyyəti ağır olduğu üçün tələbkarın xeyrinə hər hansı aliment ödəməmişdir. Alimentin tutulmasının əvvəli 2019-cu ildən hesablanmış, aliment borcundan bu günə kimi heç bir ödəniş etmədiyindən, 3600 manat aliment borcu yaranmışdır. Bu günə yaranmış aliment borcundan heç bir ödəniş edə bilmir, çünki maddi vəziyyəti ağırdır, heç bir yerdən əlavə gəlir yeri yoxdur. Bildirmişdir ki, o, hal-hazırda Bakı şəhərində, Lökbatan qəsəbəsində kirayə yaşayaraq, “Balıq evi” kafesində ofisiant işləyir. Gündəlik 15 manat, aylıq 450 manat gəlir əldə edir. Həmin puldan 200 manatını kirayə ödəyir, 15-20 manat da komunal xərclərinə ödəyir. Bundan başqa hər hansı gəlir yeri yoxdur. Borcun məvacibinə yönəldilməsinə etiraz etmir. Əlavə olaraq bildirmişdir ki, axtarışda olduğunu öyrəndikdən sonra PŞ-nə getmiş, oradan da özü saat 14:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şərh edilənlərə əsasən məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar