Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-92/2025 30.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryeyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərdar oğlunun və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Sarıyev Musa Kahov oğlunun iştirakları ilə xx.xx.1989-ci il tarixdə Şəki rayonu, Cumakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN; xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Cumakənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Elbrus Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-620/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən bir uşağın saxlanması üçün hər ay 60 manat aliment borclu Şəxs alınıb Səfərova (Hümmətova) Məhluqə Aydın qızının xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2013-cü il tarixlərində Şəki rayonu üzrə lcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərar qəbul olunmuş, qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin icra sənədi borclu tərəfindən nə könüllü icra müddəti ərzində, nə də onda sonra keçən uzun müddət ərzində tələbin icrası təmin edilməmiş, aliment vaxtında ödənilməmiş, borclunun təqdim etdiyi ödəniş sənədləri üzrə ödənilən aliment hesablanmış bugünə 1500 manat aliment borcunun olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub- olmaması barədə isə "Elektron İcra" sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinib Şəki rayon Məhkəməsinin 3(075)- 1188/2024 saylı qərar ilə 10 gün müddətində inzibati həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb olunduqdan sonra xx.xx.2024-cü il tarixdə borcluya xəbərdarlıq göndərilmiş, aliment borcunun ödənilməsi tələb olunmuş və şöbəyə çağırılmışdır. Lakin borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, çağırışa gəlməmişdir. Belə olan halda borclunun məcburi gətirilməsi üçün Şəki ŞRPŞ-nə müraciət olunmuş, borclu xx.xx.2025-ci ildə şöbəyə gətirilmişdir. Borclu Şəxs şöbədə olarkən ödənilməmiş 1500 manat aliment borcunun tam ödənilməsi tələb edildi, borclu borclarını tam ödəməkdən imtina etdi, hazırda 200 manat ödəyə bildiyini, gələcəkdə isə hər ay ümumilikdə 150-200 manat aliment ödəyəcəyini bildirdi. Şöbədə olarkən verdiyi izahatında çoban işlədiyini, ayda 400 manat qazancının olduğunu bildirdi, borc məbləğlərini qazancı az olduğu üçün ödəmədiyini, gəlcəkdə hissə-hissə ödəyəcəyini bildirdi. Buradan da göründüyü kimi borclu icra sənədi üzrə tələbi yerinə yetirməməklə, icra məmurunun qanuni tələbini yerinə yetirməməklə icra sənədinin icrasından təkrar yayınır, eyni əməli 1 il müddətində təkrar törətmişdir. Göstərilənlərə əsasən borclu Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək protoklu müdafiə etdiyini qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Maddi imkanının olmaması səbəbindən icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Hazırda tələbkar Məhluqə Səfərova 1500 manat aliment borcunu tam olaraq tələb etsə də, 200 manat ödəniş edə bildiyini tam olaraq ödəməyə maddi imkanı yoxdur. Əgər imkan verilsə icra sənədi üzrə borcunu hissə-hissə ödyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınaraq qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 izahat verərək bildirdir ki, Şəxs maddi imkanı olmaması səbəbindən borcunu ödəməmişdir. Şəxs vaxt verilsə, borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, onun əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş: Şəki Rayon Məhkəməsinin 2(075)-620/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, icra sənədi üzrə bir uşağın saxlanması üçün hər ay 60 manat aliment borclu Şəxs alınıb Səfərova (Hümmətova) Məhluqə Aydın qızının xeyrinə tutulmalıdır. Tələbin könüllü icrası haqqında xx.xx.2013-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-620/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-1188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, borclunun icra sənədi barədə məlumatı olduğu halda qərəzli olaraq aliment borcunu ödəməyərək icra sənədini icra etməmişdir. Bundan başqa müəyyən olunur ki, borclu icra sənədləri üzrə borcunu ödəmədiyindən xx.xx.2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb olunaraq 15 gün müddətinə həbs olunmasına baxmayaraq. İcra sənədlərini vaxtından kifayət qədər vaxt keçməsinə baxmayaraq, yenidən icra sənədi üzrə ödəniş etməyərək icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx.xx.2025-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdən, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 12:00dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-92/2025 30 yanvar 2025-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-92/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .
Məhkəmə qərarları › İş №3(075)-92/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-92/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver