Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-925/2025 18.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında sənədlərdən görünür ki, Şəxs barəsində EQ28328286 nömrəli protokol üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. EQ28328286 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. ( Fəsil 36, Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar) Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin məzmunundan aydın olur ki, bu norma yalnız yol hərəkəti qaydaları əleyhinə olan və yol hərəkəti təhlükəsizliyinin təmininə yönəlmiş konkret inzibati xətalar üzrə tətbiq edilən inzibati cərimələrin qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyi hallara şamil olunur və məqsədi yol hərəkəti qaydalarının və yol hərəkəti təhlükəsizliyinin təmininə yönəlmiş inzibati məsuliyyət mexanizmini gücləndirməkdir. Halbuki, 469.3-cü maddə “İcbari sığortalar haqqında” Qanunla müəyyən edilmiş vəzifənin – yəni, mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək öhdəliyinin yerinə yetirilməməsini sanksiyalaşdırır və bu, yol hərəkəti qaydaları əleyhinə deyil, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xəta hesab olunur. Bu baxımdan, İXM-in 469.3-cü maddəsi ilə cərimələnmiş şəxs Şəxs barəsində 529.3cü maddəsi ilə protokol tərtib edilməsi düzgün olmamışdır. Azərbaycan Respublikası İXM-in: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi. 109.1-ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş material geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında sənədlər Şəki Şəhər-Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-925/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-925/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver