Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-93/2025 24.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oktay oğlunun və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1994-cü il tarixdə Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6, izahat verərək bildirmişdir ki, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8l- 22740 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X4 Oğlu, Şəxs 5511.8 manat pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin Quba filialı-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü ildə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində, nə də sonrakı müddətdə tələbin icrası təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-242/242 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs və X1 cəmi 3634.62 manat pul vəsaiti rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü ildə Şəki rayonu üzrə lcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Könüllü müddət bitdikdən sonra İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə "Elektron lcra" sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Borcluya hər iki icra sənədi üzrə dəfələrlə xəbərdarlıq göndərilmiş, lakin olunmuş xəbərdarlıqlara məhəl qoymamış icra sənədləri yerinə yetirəcəyini bildirsədə yerinə yetirməmiş, şöbəyə çağırılmış, çağırışlara gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun yeri məlum olmadığından xx.xx.2024-ci ildə axtarışa verilmiş, bu gün 12:00-da şöbəyə gəlmişdir. Bu günədək borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs 740 ödənildiyini bildirir, kapital Bank ASC-yə isə ümumiyyətlə heç bir ödəniş etməmişdir. Borclu eyni əmələ görə xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Borclu şöbədə olarkən verdiyi izahatında işlədiyini, qazancının olduğunu, bildirərək icra sənədləri üzrə tələbləri hissəhissə yerinə yetirəcəyini bildirir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsində göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi inzibati məsuliyyət cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir. Şəki Rayon məhkəməsinin müvafiq qərarından Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli qərarı ilə Şəki Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-242/242 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs olan borcunu tam ödəmiş, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8l-22740 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-yə borcu tam ödənilməmişdir. O, protoklu müdafiə etdiyini bildirmiş və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslərdən biri olan Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs bu iş üzrə borcunu tam ödəmədiyi üçün məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsi Şəki Rayon Məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması üçün qaytarmışdır. İşə yenidən baxılan dövrdə yenə də dəfələrlə söz versə də xırda-xırda ödənişlər etmiş, lakin borcu tam ödəməmişdir. Dünənki məhkəmə iclasından sonra məcburi gətirilməsi barədə qərar veriləndən sonra polis tərəfindən tutulub məhkəməyə gətirilməsi baş vermiş, buna görə onun borcunu tam ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-242/242 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ona olan borcunu tam ödəmiş, onunla razılığa gəlmişlər. Hazırda onun Şəxs heç bir şikayət və tələbi qalmamışdır. O, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-242/242 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 3634.62 manat borcdan ödəniş etmiş, 650 manat borcu qalmışdır. İcra sənədi üzrə anası da borclu olduğundan qalan borcu da anasının ödəyəcəyini zənd edib Şəki Rayonu, Qudula kəndinən olan tanışı Mübariz adlı şəxsin yanında fəhlə işləmək məqsədi ilə Bakı Beynəlxalq Hava Limanına gedərək Rusiya Federasiyası Novasibriski vilayətinə getmək istəmişdir. Uçuş 12:00 üçün nəzərdə tutulsa da Hava limanında polis əməkdaşları tərəfindən saxlandığı deportasiyası olunduğuna görə üçün gedə bilməmişdir. Barəsində Şəki Rayon Məhkəməsinin icraatında iş olmasından məlumatı olmuş, səhvə yol verərək işi tamamlanmamış Rusiya Federasiyası Novasibriski vilayətinə getmək istəmişdir. Tələbkar Zərərçəkmiş şəxs olan borcuu tam ödəmişdir. Lakin Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8l-22740 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-yə olan borcundan hazırda 1000 manat ödəmək iqtidarındadır. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 izahat verərək bildirdir ki, Şəxs maddi imkanı olmaması səbəbindən borcunu ödəməmişdir. Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-242/242 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs olan borcunu tam ödəmiş, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8l-22740 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-yə hazırda 1000 manat pul ödəmək iqtidarındadır. Şəxs tələbkar "xxxx" ASC-yə qalan borcunu isə vaxt verilsə hissə-hissə ödəyəcəkdir. Odur ki, onun əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş: Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8l-22740 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, icra sənədi üzrə borclu X4 Oğlu, Şəxs 5511.8 manat pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin Quba filialının xeyrinə ödənilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-242/2024 nömrəli, xx.xx.2024 tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 31 yanvar 2025-ci il tarixli, 495/21 nömrəli məktubdan görünür ki, borclu Şəxs tərəfindən tələbkara 780 manat pul ödənilmiş, ümumilikdə 1520 manat pul ödənilmişdir. Hal-hazırda qalıq borc 2214.62 manat təşkil edir. Borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olması, icra sənədi üzrə borcunu qismən ödəməsidir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Bundan başqa Şəxs dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, 23 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində məcburi gətirilmə barədə qərar qəbul edilərək qərar icra edilməsi üçün Şəki Rayon-Şəhər Polis Şöbəsinə göndərilmişdir. Şəki rayonu icra və Probasiya Şöbəsinin axtarış barədə qərarının icrası ilə bağlı Şəxs Bakı Beynəlxalq Hava limanında 23 aprel 2025-ci ildə saxlanılmış və Şəki Rayon-Şəhər Polis Şöbəsinə gətirilmişdir. Barəsində Şəki Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması barədə məlumatlı olmasına baxmayaraq buna məhəl qoymadan ölkə xaricinə çıxmağa cəhd etməsi Şəxs Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8l-22740 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə qalan borcu hissə-hissə ödəyəcəyi ilə bağlı qeyd etdiklərini şübhə altına alır. Belə olan halda məhkəmə onun verdiyi izahatını inandırıcı hesab etmir və məsuliyyətdən yaxa qurtararaq icra sənədinin icrasından yayınmaq kimi qiymətləndirir. Şəxs izahatı nəticəsində aydın oldu ki, Şəxs xx.xx.2025-ci il tarixdən, saat 14:00 radələrində Bakı Beynəlxalq Hava limanında saxlanılmış və Şəki Rayon-Şəhər Polis Şöbəsinə gətirilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdən, saat 14:00 radələrində saxlanılaraq azadlığı məhdudlaşdırılması, daha sonra Şəki Rayon-Şəhər Polis Şöbəsinə gətirilərək Müvəqqəti Saxlama yerində saxlanılması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi təsdiq edir ki, Şəxs xx.xx.2025-ci il tarixdən, saat 14:00 radələrindən sonra sərbəst olmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Bakı Beynəlxalq Hava limanında saxlanıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 14:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-93/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-93/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver