Məhkəmə qərarları › İş №3(075)-94/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-94/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-94/2025 11.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, xx.xx.1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 06 noyabr 2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından icazə almamış mülki ov silahını saxlama səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, Şəki ŞRPŞ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Şəxs isə gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin 3- 16-16/2-17/861 nömrəli, 19 noyabr 2024-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd, 16 kalibrli, yivsiz, nömrəsi silinmiş, təlüləli, xarici çaxmaqlı, zavod üsulu ilə hazırlanmış, nasaz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait olmadığından ekspert qarşısında qoyulmuş “tüfəngin atəşə yararlı olub olmaması müəyyən edilsin” sualını cavablandırmaq mümkün olmamışdır. Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Murad Sırafilovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2024-cü il tarixli qərarından görünür ki, HK-1/2072 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs silahı saxladığı köhnə yarımtikiliyə baxış keçirilən zaman orada aşkar olunaraq götürlümüş 01 (bir) ədəd, 16 kalibrli, yivsiz, nömrəsi silinmiş, təlüləli ov tüfəngi saxlanılması üçün X2 İdarəsinin silah anbarına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması (İXM 32.1.1) məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd, 16 kalibrli, yivsiz, nömrəsi silinmiş, təklüləli ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərarın İcrası silahın müsadirə edilməsi hissəsində Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar