Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-940/2023 04.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu Şəki Rayon Dövlət X6 yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: Şəki Rayon Dövlət X6 yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmişdir. X2 protokolu qanunsuz hesab edərək xx.xx.2023-cü il tarixli İXP ******* saylı qərarın ləğv edilməsi barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, X2 inzibati xəta haqqında qərarın ləğv edilməsini tələb etsə də barəsində yazılmış qərarı iş materiallarına əlavə etməmiş, eyni zamanda şikayət etdiyi qərarın əvəzinə inzibati xəta haqqında protokolun nömrəsi və tarixini qeyd etmişdir. Belə olan halda həmin qərarın mövcudluğunu məhkəmə tərəfindən müəyyən etmək mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, X2 tərəfindən Şəki Rayon Dövlət X6 yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə ərizə icraata qəbul edilə və baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəki Rayon Dövlət X6 yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-940/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-940/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver