Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-948/2023 03.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Şəki rayonu, Cuma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN (xxxxxxx) olan, orta təhsilli, evli, işləməyən, İİ qrup əlil, Şəki rayonu Cumakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-816/2022 saylı, 11,05.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs oglu Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu Cumakənd kənd sakinlərinə 2,91 ha pay torpaq sahəsinin verilməsi barədə JN-233 saylı, kod 40413018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən X6 və digərlərinə ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən əmlakı ilə birlikdə çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələr aradan qaldırılmalıdır. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-816/2022 saylı, 11,05.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs oglu Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu Cumakənd kənd sakinlərinə 2,91 ha pay torpaq sahəsinin verilməsi barədə JN-233 saylı, kod 40413018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən X6 və digərlərinə ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən əmlakı ilə birlikdə çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələr aradan qaldırılmalıdır. İcra sənədinin məcburi icrası ilə əlaqədar 27 sentyabr 2022-ci il tarixdə tərəflərindən həmin torpaq sahəsindən borclu Şəxs məzsus taxtadan hörülmüş hasar sökülərək tələbkar Rəbunət Aslanovaya təhvil verilmiş və borclu Şəxs məsuliyyəti elan edilmişdir. Borclu Şəxs yenidən torpaq sahəsindən istifadəsini davam etdirərək Məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmışdır. Növbəti dəfə 03 oktyabr 2023-cü il tarixdə şöbəyə dəvət edilərək ondan həmin tarixdə yenidən izahat alınmışdır. Borclu növbəti izahatındada həmin torpaq sahəsindən heç vaxt çıxmayacağını bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-816/2022 saylı, 11,05.2022-ci il tarixli icra sənədinə əsasən o, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu Cumakənd kənd sakinlərinə 2,91 ha pay torpaq sahəsinin verilməsi barədə JN-233 saylı, kod 40413018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən X6 və digərlərinə ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən əmlakı ilə birlikdə çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələr aradan qaldırılmalıdır. İcra sənədindən məlumatı vardır. Onun qeyd edilən torpaq sahəsindən çıxmaq fikri yoxdur. Keçən ilə mübahisələndirilən torpaq sahəsini, o, əkib becərmişdir. Bu ildə özü şumlatmışdır. O, tələbkar X2 pul qarşılığında həmin torpaq sahəsini almışdır. Torpaq sahəsinin bir hissəsini özü alıb, bir hissəsini isə atası almışdır. Lakin sənədləşdirmə işləri aparmamışdır. Torpaq sahəsi onundur. Qaytarmaq fikri yoxdur. X1 ondan uzaq durmasını xahiş edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil izahat verərək Şəxs İ Qarabağ müharibəsi iştirakçısı olmasını, İİ qrup əlil olmasını, onun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmamasını nəzərə alaraq, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan elektron informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, Şəxs 2-ci qrup əlilliyə görə 327,21 manat məbləğində sosial müavinat alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, İİ qrup əlil olmasını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-948/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-948/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver