Məhkəmə qərarları › İş №3(075)-95/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-95/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-95/2021 12.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Hacıqabul rayonu, Atbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləyən, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olan, hazırda Şəki şəhəri A.Çexov küçəsində kirayədə yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş, xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 14:40-da Şəki şəhəri, S.Rəhman küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizamintizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən musiqi kollecinin qarşısında “Opel” markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobili yerindən yüksək surətlə tərpdərək, təkərlərini yerində fırladaraq avtoxuliqanlıq etmiş və bununla da yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmuşdur. Buna görə də polis əməkdaşları həmin avtomobilə S.Rəhman küçəsində saxla işarəsi verərək avtomobili saxlatdırmış və avtomobilin sürücüsü Şəxs etdiyi qayda pozuntusunu bildirmişlər. Bu zaman Şəxs polis əməkdaşlarına aqressiv davranmışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, dostu Tərlana məxsus “Opel” markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobili onunla birlikdə Şəki şəhəri, S.Rəhman küçəsində hərəkətdə olarkən arxadan xidməti PPX avtomobilinin gəldiyini və onlara saxla işarəsi verdiyi görüb avtomobili saxlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq, onun Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən musiqi kollecinin qarşısında avtomobili yerindən yüksək surətlə tərpdərək, təkərlərini yerində fırladaraq, avtoxuliqanlıq etdiyini və bununla da yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozduğunu, ona saxla işarəsi versələr də, onun avtomobili saxlamadığını bildirmişlər. O da polis əməkdaşlarına avtoxuliqanlıq etmədiyini, avtomobilin nasaz olduğuna görə yerindən birdən tərpənə bilməsini bildirmişdir. Həmçinin o, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində ona saxla işarəsi verən polis əməkdaşı görmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər, o da Tərlanla birlikdə polis şöbəsinə getmişlər. Göstərmişdir ki, S.Rəhman küçəsində polislər onu saxlatdırarkən səs-küy salmamış, söyüş söyməmiş, sadəcə polis əməkdaşlarına hər hansı avtoxuliqanlıq etmədiyini, ona saxla işarəsi verən polis əməkdaşı görmədiyini bildirmişdir. Polisə qarşı hər hansı kobudluq və ya tabesizlik göstərməmiş, onların dəvəti ilə dostu Tərlanla birlikdə dərhal Şəki ŞRPŞ-nə getmişdir. Polis şöbəsində vermiş olduğu yazılı izahatında da polisə qarşı hər hansı kobudluq və ya tabesizlik göstərmədiyini qeyd etmişdir. Hazırkı protokol üzrə özünü təqsirli bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, xx.xx.2021ci il tarixdə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Cəlal Hacıyev ilə birlikdə şəhər ərazisində avtopatrulda xidmətdə olduqları zaman saat 14:40 radələrində şəhərin M.Ə.Rəsulzadə prospektində yerləşən musiqi kollecinin qarşısından Opel markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yerindən sürətlə tərpədərək, maşının təkərlərini yerindən fırladaraq yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmuş, daha sonra tərəflərindən həmin avtomaşın müşayiət edilərək Şəki şəhəri, S.Rəhman küçəsində saxlama işarəsi verərək saxladıqdan sonra sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sürücüdən özünü və sənədləri təqdim etməsini tələb edərək ona törətdiyi qayda pozuntusunu izah etmişlər. Bu zaman sürücü avtoxuliqanlıq etmədiyini, avtomobilinin nasaz olduğunu bildirmiş və onlarla bir az aqressiv formada danışmışdır. Onları polis şöbəsinə dəvət etdikdə razılaşaraq onlarla polis şöbəsinə getmişlər. Buna görə də həmin şəxs idarə etdiyi avtomobil ilə birlikdə tərəflərindən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olan, Şəki şəhəri, Çexov küçəsində yaşayan Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da şahid X2 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, dostu Şəxs ona məxsus “Opel” markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobili onunla birlikdə Şəki şəhəri, S.Rəhman küçəsində hərəkətdə olarkən arxadan xidməti PPX avtomobilinin gəldiyini və onlara saxla işarəsi verdiyi görüb avtomobili saxlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq, Şaməddinin Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən musiqi kollecinin qarşısında avtomobili yerindən yüksək surətlə tərpdərək, təkərlərini yerində fırladaraq, avtoxuliqanlıq etdiyini və bununla da yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozduğunu, ona saxla işarəsi versələr də, onun avtomobili saxlamadığını bildirmişlər. Şaməddin isə polis əməkdaşlarına avtoxuliqanlıq etmədiyini, avtomobilin nasaz olduğuna görə yerindən birdən tərpənə bilməsini bildirmişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər, onlar da polis şöbəsinə getmişlər. Göstərmişdir ki, S.Rəhman küçəsində polislər onları saxlatdırarkən Şaməddin səs-küy salmamış, söyüş söyməmiş, sadəcə polis əməkdaşlarına hər hansı avtoxuliqanlıq etmədiyini, ona saxla işarəsi verən polis əməkdaşı görmədiyini bildirmişdir. Şaməddin polisə qarşı hər hansı kobudluq və ya tabesizlik göstərməmiş, polislərin dəvəti ilə razılaşaraq hər ikisi Şəki ŞRPŞ-nə getmişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Şahid olan polis əməkdaşları məhkəmə iclasında verdikləri izahatlarında Şəxs hər hansl bir ictimai qaydanı pozması, onun əməlində polis əməkdaşının qanuni tələbinə tabe olmama kimi bir halın müşahidə edilməsi barədə dəqiq fikir ifadə etməmişlər, Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X3 da ifadəsində Şəxs hər hansı inzibati xəta törətmədiyini göstərmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində polis leytenantı X1 tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinə əsasən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar