Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-95/2024 23.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin tələbini pozduğuna görə onun barəsində tərtib edilmiş 19 aprel 2023-cü il tarixli, EQ 14054032 nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan 3 aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən 19 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan materiallara baxaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə edilmiş 08 noyabr 2022-ci il tarixli, EQ 12076034 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin tələbini pozduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs EQ 12076034 nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə məbləğini 3 ay müddətində ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 29 yanvar 2021-ci il tarixli, AZ-İİ 161666 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs 14 yanvar 2021-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 118 nömrə ilə qeyd edilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Qanunvericiliyin tələbləri baxımından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə başlanmış inzibati icraata isə xitam verilir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 19 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.8, 40, 43, 48-51, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 19 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-95/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-95/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver