Məhkəmə qərarları › İş №3(075)-959/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-959/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-959/2023 04.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X6 iştirakı ilə, xx xxxxx 1967-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdim: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X11 tərəfindən tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protkoldan görünür ki, Şəxs 26 sentyabr 2023-cü il tarixdə qardaşının həyətində və küçədə Şərafət Abdurahmanovanı söyüb təhqir etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X11 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 29 sentyabr 2023-cü il tarixdə, saat 10:50-də ünvan 2 ünvanında yaşayan X4 DİN 102 xidmətinə zəng edərək qardaşı Nağının evlərində münaqişə etməsi, həyat yoldaşını təhqir etməsi, ev heyvanını vurması barədə məlumat vermişdir. Faktla bağlı tərəflərindən araşdırma aparılmışdır. Məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 sentyabr 2023-cü il tarixdə qardaşı X2 həyətyanı sahəsində Şərafət Abdurahmanovanı söyüb, təhqir etmiş, ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, 26 sentyabr 2023-cü il tarixdə qonşusu Vüqarın razılığı ilə özünə məxsus qazları həyətinə salmışdır. Ancaq qonşuluğunda yaşayan qardaşı Rahimin həyat yoldaşı Şərafət ona qışqıra-qışqıra qazları yığışdırmağını söyləmişdir. O, qardaşının arvadına etiraz etmişdir. Lakin ona qarşı heç bir nalayiq ifadə işlətməmiş, heç bir fiziki müdaxilə etməmişdir. Həmin anda o, heç bir mübahisə də etməmişdir. Özünə məxsus qazları da həyətlərinə səhər 09:00 radələrində salmış, axşam da çıxarmışdır. Bildirmişdir ki, o, hadisə baş verən zaman içkili olmuşdur. O, Abdurahmanova Şərafəti təhqir elədiyini, onun ünvanına nalayiq ifadələr işlətdiyi xatırlamır. İçkili olmağından peşmandır. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, onun qaynı Şəxs qonşuluqlarında yaşayır. 3 ildən artıqdır ki, bir-biriləri ilə danışmırlar. Himayəsində İ qrup əlil olan övladı vardır. Buna görə də Nağı mübahisə edən zaman ona qoşulmur. Lakin Nağı əsassız yerə onunla mübahisə edir, ünvanına nalayiq ifadələr işlədir. Bildirmişdir ki, 26 sentyabr 2023-cü il tarixdə Nağı onların həyəti sərxoş vəziyyətdə gəlib, onların zəncirlə bağlı itlərini döymüşdür. Daha sonra onun ünvanına əxlaqsız, biədəb, nalayiq sözlər işlətməyə başladı. Onun qohum əqrəbalarının da ünvanına təhqiredici ifadələr işlətdi. Bu zaman onun həyat yoldaşı və gəlini gəlib Nağını onların həyətindən çıxardılar. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı polisə müraciət etdi. Göstərmişdir ki, dəfələrlə Nağı ilə onun arasında bu gür mübahisələr baş vermişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq polisə müraciət etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və şahidin izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu 04 oktyabr 2023-cü il saat 11:35-dən hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar