Məhkəmə qərarları › İş №3(075)-96/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-96/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-96/2021 12.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu, X1 MN-0868494, MN-0946292 və MN-1022419 nömrəli inzibati xəta haqqında protokollardan verdiyi şikayətinə baxaraq, müəyyən etdim: X3 şikayət ərizəsi məhkəməyə müraciət edərək, 26 dekabr 2020-ci il tarixdə tərtib edilmiş MN-0868494 nömrəli, 03 fevral 2021-ci il tarixdə tərtib edilmiş MN-0946292 nömrəli və 10 fevral 2021-ci il tarixdə tərtib edilmiş MN-1022419 nömrəli protokollar və onun əsasında qəbul edilmiş qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. X3 şikayət ərizəsi məhkəməyə müraciət edərək, barəsində 26 dekabr 2020-ci il tarixdə tərtib edilmiş MN-0868494 nömrəli, 03 fevral 2021-ci il tarixdə tərtib edilmiş MN- 0946292 nömrəli və 10 fevral 2021-ci il tarixdə tərtib edilmiş MN-1022419 nömrəli protokollar və onun əsasında qəbul edilmiş qərarların ləğv edilməsini xahiş etsə də, o, ləğv edilməsini tələb etdiyi protokolların surətlərini şikayətinə əlavə etməmişdir. Həmçinin, X1 mübahisələndirdiyi inzibati xəta haqqında protokollar üzrə yekun olaraq hansı orqan tərəfindən hansı qərarların qəbul edildiyi də müəyyən edilmir. Bundan başqa X3 barəsində müxtəlif vaxtlarda tərtib edilməsini göstərdiyi inzibati xəta haqqında protokollardan şikayətlərini ayrı-ayrılıqda deyil, bir şikayət ərizəsində verməsini də əsaslandırmamışdır. Şərh edilənlərə əsasən hesab edirəm ki, X1 barəsində tərtib edilmiş MN-0868494, MN-0946292 və MN-1022419 nömrəli inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq qərara aldım: X1 barəsində tərtib edilmiş MN-0868494, MN-0946292 və MN-1022419 nömrəli inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-96/2021 12 fevral 2021-ci il X2 (Şəki şəhəri, Bağbanlar küçəsi ev 8/7) Şəki Rayon Məhkəməsi hakiminin şikayətin geri qaytarılması haqqında 12 fevral 2021-ci il tarixli, 3 (075)-96/2021 saylı qərardadı Sizə göndərilir. Qoşma: qərardad 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar