Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-960/2023 16.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 ilə, xx xxxxx 1967-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş, 04 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs şəxsi istifadəsində olan 16 kalibrli, tək lülə, E-14181 nömrəli ov tüfəngini saxlama qaydasını pozmuşdur. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 izahat verərək bildir ki, xidmət etdiyi inzibati ərazidə ünvan 2 ünvanında yaşayan Şəxs qonşuları həmçinin qardaşı, Rahim Mustafayev və ailə üzləri arasında mütəmadi baş verən münaqişələr səbəbindən dəfələrlə polis şöbəsinə yazılı və şifahi müraciətlər daxil olmuşdur. Ancaq görülən bütün zəruri tədbirlərə baxmayaraq Nağı Musatafayev bundan nəticə çıxarmayaraq spirtli içkinin təsiri altında davamlı olaraq ictimai qayda pozuntusuna yol vermiş və haqlı olaraq barəsində şikayət edilməsinə şərait yaratmışdır. Bildirmişdir ki, tərəflərindən izahat işləri aparılarkən Şəxs, Şəki ŞRPŞ tərəfindən 566 nömrəli şəhadətnamə ilə şəxsi istifadəsinə verilmiş 16 çaplı, tək lülə, E-14181 nömrəli ov tüfənginin olması məlum olmuşdur. Göstərmişdir ki, Şəxs evində tüfəng saxlayır. Qonşuları qorxurlar. Çünki tez-tez qonşularla aralarında mübahisə baş verir. Bir dəfə qonşusu ilə mübahisə etmiş, üstünə getmişdir. Qardaşı Rahim bildirmişdir ki, Nağı kirpini vurmuşdur, yerdə qan izləri var idi. Şəxs tüfəngin saxlanma qaydalarına riayət etməmişdir. Tüfəngi asılı vəziyyətdə saxlamalı idi, lakin tüfəngi dəmir qablamada təhvil vermişdir. Hesab edir ki, protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, 03 oktyabr 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin xx.xx.2009-cu il tarixli, 566 saylı şəhadətnaməsi ilə Şəxs verilmiş 16 kalibrli, tək lülə, E-14181 nömrəli yivsiz ov tüfəngini Şəki ŞRPŞ-də saxlamaq üçün götürülmüşdür. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. . Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 16 kalibrli, tək lülə, E-14181 nömrəli yivsiz ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-960/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-960/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver