Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-962/2023 09.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 və zərərçəkmiş şəxs X4 iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, Şəki rayonu, Turan qəsəbəsində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs buğdanın dəyəri olan 10710 manat, arpanın dəyəri olan 6000 manat, 16710 manat pul alınaraq tələbkar X5 verilməlidir. İş üzrə ödənilmiş 153,45 manat dövlət rüsumu borclu Şəxs alınaraq tələbkar X5 verilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs buğdanın dəyəri olan 10710 manat, arpanın dəyəri olan 6000 manat, 16710 manat pul alınaraq tələbkar X5 verilməlidir. İş üzrə ödənilmiş 153,45 manat dövlət rüsumu borclu Şəxs alınaraq tələbkar X5 verilməlidir. İcra sənədi xx.xx.2023cü il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu təəbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydaca məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs borcunu tam ödəməkdən boyun qaçıraraq tələbin icrasını təmin etməmişdir. Eyni zamanda tərəfimizdən borclunjn əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron icra" informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu Şəki rayonu, Turan qəsəbəsində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tələbkar X2 rayonu üzrə İcra və probasiya Şöbəsinə müraciət edərək borclu barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. Borclu Şəxs icra və probasiya şöbəsində izahatı alınmış, həmçinin rəsmi qaydada xəbərdarlıq edilərək icra sənədi üzrə borcun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu izahatında hal-hazırki tarixə icra sənədi üzrə borc məbləğindən tam şəkildə ödəniş etməyə imkanı olmadığını, qalan borc məbləğini isə hər ay hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Halhazırda borclu Şəxs tərəfindən tələbkara ödənilməli borc 16710 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddesində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan buğdanın dəyəri olan 10710 manat, arpanın dəyəri olan 6000 manat, 16710 manat pul alınaraq tələbkar X5 verilməlidir. İş üzrə ödənilmiş 153,45 manat dövlət rüsumu ondan alınaraq tələbkar X5 verilməlidir. İcra sənədlərindən məlumatı vardır. Bu günədək borcundan hər hansı ödəniş etməmişdir. O, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını gözləmişdir. Ona görə də borcundan ödəniş etməmişdir. İcra sənədi təzəlikcə İcra və probasiya Şöbəsinə yönəlmişdir. Maddi imkanı aşağıdır. Onun borcunu bir dəfəyə tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Borcunu hər ay hissə-hissə 100 manat olmaqla ödəyə bilər. Bundan başqa hər ilin iyul ayında taxıldan əldə etdiyi gəlir hesabına tələbkara 1500 - 2000 manat arası pul ödəyə bilər. Törətmiş olduğu əməlindən peşmandır. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X9 izahat verərək göstərmişdir ki, icra sənədləri təzəlikcə icra edilməsi üçün Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs buğdanın dəyəri olan 10710 manat, arpanın dəyəri olan 6000 manat, 16710 manat pul alınaraq ona verilməlidir. İş üzrə ödənilmiş 153,45 manat dövlət rüsumu borclu Şəxs alınaraq ona verilməlidir. Bildirmişdir ki, onun iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan xeyli vaxt keçmişdir. Lakin borclu qərəzli olaraq borcunu ödəməkdən yayınır. Hazırki işə birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiya məhkəməmələrində baxılmışdır. Borclu bu müddət ərzində də borcunu ödəyə bilərdi. Hesab edir ki, borclu qərəzli olaraq borcunu ödəməkdən yayınır. Boclunun barəsində tədbir görülməsi, borc məbləğlərinin ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünüryü kimi Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2(107)-140/2023 saylı icra vərəqəsi 22 avqust 2023-cü il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icra qurumuna yönləndirilməsindən hələ 1 ay keçmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər ay borcunu 100 manat olmaqla hissəhissə ödəyəcəyini bildirmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər iyul ayında taxıl bikimi vaxtlarında tələbkara 1500 - 2000 manat arası ödəniş edəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, icra vərəqəsi Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə yönləndirildiyi vaxtdan hal-hazıradək borclu tərəfindən borc məbləğinin ödənilməməsi borclunun qərəzli olmamasına, maddi imkanına görə ləngiməsəninə dəlalət edir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarına nəzər saldıqda aydın olur ki, tələbin könüllü icrası haqqında 23 avqust 2023-cü il tarixli bildirişin borcluya çatdırılması haqqında hər hansı məlumat yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yalnız 09 oktyabr 2023cü il tarixdə, yəni barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə gətirildiyi gün Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində izahat alınmışdır. Borxlu şəxsin icra vərəqəsindən əvvəlcədən məlumatı olması barədə hər hasnı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə belə vəziyyətdə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-962/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-962/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver