Məhkəmə qərarları › İş №3(075)-963/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-963/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-963/2023 12.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X8 iştirakları ilə 27 mart 1987-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 21 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 avqust 2023-cü il tarixdə, saat 23:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədli yolunun Şəki rayon ərazisindən keçən 15-ci kilometrliyində, Şəxs idarə etdiyi “VAZ-2109” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonu istiqamətindən, Şəki şəhəri istiqamətində hərəkətdə olarkən əks hərəkət zolağına çıxaraq Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “Kamaz-5320” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş “SZAP- 8305” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə onun sahibi X9 maddi ziyan vurmaqla Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayından Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X9 məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX inspektoru, polis baş serjantı X3 izahat verərək göstərdi ki, Şəxs 21 avqust 2023-cü il tarixdə, saat 23:20 radələrində alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyi « VAZ-2109» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Yevlax-Zaqatala- Gürcüstan sərhədli yolunun Şəki rayon ərazisindən keçən 15-ci kilometrliyində, Şəxs idarə etdiyi “VAZ-2109” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonu istiqamətindən, Şəki şəhəri istiqamətində hərəkətdə olarkən əks hərəkət zolağına çıxaraq Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “Kamaz-5320” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş “SZAP- 8305” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Şəxs ehtiyatsızlığından “SZAP-8305” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomaşın əzilmiş və onun sahibi X9 maddi ziyan dəymişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, həqiqətən də 21 avqust 2023-cü il tarixdə, saat 23:20 radələrində idarə etdiyi « VAZ-2109» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etmişdir. Həmin avtomaşınla Yevlax- Zaqatala-Gürcüstan sərhədli yolunun Şəki rayon ərazisindən keçən 15-ci kilometrliyində hərəkətdə olarkən qəflətən idarəetməni itirmiş, X5 idarə etdiyi “Kamaz-5320” markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş “SZAP-8305” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, avtomobili təmir etdirəcəkdir. Etdiyi əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X13 qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs 333.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında əlavə edilməklə məhkəmə iclasında tədqiq ediliş; 21 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyininin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta törətmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «SZAP 8305» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 məxsusdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 2109» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X14 ona məxsus «SZAP 8305» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili X9 etibar etmişdir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X6 ona məxsus «VAZ 2109» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəxs etibar etmişdir. X1 22 avqust 2023-cü il tarixli, 1357 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. X1 22 avqust 2023-cü il tarixli, 1358 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X12 ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 08 sentyabr 2023-cü il tarixli, 438 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Şəxs məhkəmə tibbi-ekspertizası zamanakı aşkar edilmiş xəsarətlər:təpə nahiyəsində yara və sol dizində sıyrıq qərarda göstərilən xx.xx.2023-cü il tarxdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmiş və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, HK-1/979 nömrəli material üzrə X12 və Şəxs əməlində CM-nin 263.1-ci maddəsinin tərkib əlmaətləri olmadığından həmin maddə ilə onların barəsidə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də məhkəmə hesab edir ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, səmimi peşmançılığını, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini və sürücülük hüququnu müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə məhdudlaşdırmağı məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarəetmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar