Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-965/2025 16.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X6 qızının katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Vəkil iştirakları ilə, Hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: AYNA-nın Bakı Regional İdarəsinin inspektoru X3 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 12 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2025-ci il saat 15:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, İstiqlaliyyət küçəsi, Nardaran Şəxs QSC-yə məxsus yük daşımalarını yerinə yetirən Ford markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi aşkar edilməmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran İstiqlaliyyət küçəsi Şəxs QSCnin mülkiyyətində olan Ford Cargo markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Abdullayev Hikmət Azərbaycan Respublikası NK-nın 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş, avtomobil nəqliyyatı ilə yük daşımaları yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2, 3.2-ci bəndlərinin tələblərini pozduğu aşkar olunmuşdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, cəmiyyətləri tikinti şirkətidir, hər hansı yük və ya sərnişin daşımalarını yerinə yetirmir. Həmin nəqliyyat vasitəsi cəmiyyətin mülkiyyətindədir və tikinti fəaliyyəti ilə bağlı istifadə edilir. Odur ki, protokola etiraz edirlər. Məsələyə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2025-ci il tarixli qərarında nümayiş etdirilmiş mövqenin əsas götürülməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - 12 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs QSC tərəfindən İXM-nin 326-cı maddəsinin tələblərini pozulduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - 13 noyabr 2025-ci il tarixli bildirişdən görünür ki, 12 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nə təqdim edilmişdir. - Şəxs QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yol vərəqəsindən görünür ki, Ford markalı, ** AC *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün xx.xx.2025-ci il tarixədək etibarlı olan yol vərəqəsi verilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələrinin tələblərinə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4, 1.0.5, 1.0.9 və 26.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti deyillər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs QSC-nin barəsində inzibati tənbeh vermə haqqında protokol qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamış, protokol tərtib edilərkən göstərilən nəqliyyat vasitəsinin Şəxs QSC-nin sərəncamında olan nəqliyyat vasitəsi olub-olmaması, həmin nəqliyyat vasitəsinin hansı məqsədlər üçün istifadə edilməsi aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göründüyü kimi hazırki işdə inzibati xəta hadisəsinin baş verməsi və Şəxs Qapalı Səhmdar Cəmiyyətinin inzibati xəta törətməsi barədə təqsiri sübut olunmadığına görə barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-965/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-965/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver