Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-966/2023 10.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Nəsirova Sayalı Elşad qızının katibliyi, Protokolu tərtib edən şəxs Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Şəki rayonu, Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Cunud kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş, 06 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədmişdir. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə aid hissəsinə münasibətdə qeyd edir ki, həmin maddə ilə qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində qeyd edildiyi kimi rayon (şəhər) məhkəmələrinə aid deyil. Əgər Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələbləri pozulmuşdursa, o zaman səlahiyyətli orqan qərar qəbul edərək pozuntu törədən şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. Protokolu tərtib edən şəxs Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 06 oktyabr 2023-cü il tarixdə, saat 21:50 radələrində Şəki şəhəri ərazisində xidmətdə olduğu zaman şəhərin A.Əfəndiye küçəsi ərazisində “X6” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücü tərəfindən manevr zamanı işıq cihazlarından istifadə qaydası pozulduğu üçün tərəfindən saxlanmışdır. “X6” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücü Şəxs ilə danışarkən sonuncudan kəskin spirtli içki qoxusu gəldiyi üçün həkim müayinəsindən keçirilmişdir. Müayinə nəticəsində Şəxs sərxoş olduğu müəyyən edilmişdir. Alkotesterlə yoxlanılan zaman Şəxs sərxoşluq vəziyyəti aşkar edilmişdir. Bildirmişdir ki, Şəxs bundan əvvəl 2023-cü ilin may ayında da Şəki rayonu ərazisində avtomobili sərxoş idarə edərək eyni inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 06 oktyabr 2023-cü il tarixdə 21:50 radələrində etibarnamə əsasında idarə etdiyi “X6” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Şəki şəhəri A.Əfəndiyev küçəsində hərəkətdə olan zaman manevr zamanı işıq cihazlarından istifadə etmə qaydalarını pozduğuna görə polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan sənədlərini istəmişdir, onunla danışan zaman nəfəsində spirt qoxusu gəldiyi üçün ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuşdur. Səmimi şəkil də polis əməkdaşına 300 qr spirtli içki olan araq qəbul elədiyi bildirmişdir. Bildirmişdir ki, o, bundan əvvəl də avtomobili içkili halda idarə etdiyi üçün 2023-cü ilin may ayında inzibati məsuliyyətə cəlb olunmuşdur. Barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 400 manat məbləğdə cərimə edilmişdir. Etdiyi hərəkətdən peşmandır. Bir daha bu cür hallara yol verməyəcəyinə dair söz verir. Himayəsində 3 azyaşlı uşağı var. Əməlindən səmimi peşman olduğunu bildirmiş və bütün bunları nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi izahat verərək Şəxs barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 06 oktyabr 2023-cü il tarixli alkotester müayinə nəticəsindən görünür ki, Şəxs “Jupiter X” markalı alkotester vasitəsi ilə yoxlanılan zaman 0.4% promil sərxoşluq aşkar edilmişdir. İşdə olan 28 may 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkoldan görünür ki, Şəxs İXM-nin 329.3, 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 29 may 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İXM-nin 333.1-ci maddəsinə əsasən 400 manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi onun özünün etirafedici izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib, İXM-nin 333.2-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-966/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-966/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver