Məhkəmə qərarları › İş №3(075)-967/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-967/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-967/2023 26.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəyəyev İlkin Fikrət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun vəkili X7 iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ombudsman Aparatının rəhbərinin müavini X12 tərəfindən tərtib edilmiş, 06 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəki Rayon X5 Hüquqi Şəxsin direktorunun verdiyi cavab Ombudsman aparatına daxil olmuş və həimn gün təqdim olunmuş məlumatlar (əsassız qeyri dəqiq cavab) əsasında sonuncu qanuna əsaslanmamış və cavab verməkdən yayınmışdır. Beləliklə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə 06 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 19 oktyabr 2023-cü i tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının etibarnamə üzrə nümayəndəsi X10 protokolu müdafiə edərək izahatında göstərdi ki, Şəki Rayon X5 Hüquqi Şəxsin direktoru Əliyev X3 əldə etmək haqqında qanunun tələblərini pozaraq vaxtında vətəndaşa və dövlət orqanına cavab verməmişdir. Göstərilənlərə əsasən məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Şəki Rayon X5 Hüquqi Şəxsin direktorunun Şəxs barəsində 06 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Şəxs Zöhrə Abdurahmanovanın elektron qaydada Xəstəxanaya ünvanladığı məktuba cavab yazmalı olan əməkdaş məzuniyyətdə olduğundan vaxtında cavablandırılmamışdır. Bundan sonra Xstəxananın rəhbəri tərəfindən məsul şəxslər daxili intizam qaydalarına əsasən tənbeh edilmişlər. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xaiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 06 oktyabr 2023-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, vəzifəli şəxs Şəxs 06 oktyabr 2023-cü il tarixinə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilməsinə baxmayaraq cavab verməmiş və bu barədə hər hansı məlumat təqdim etməmişdir. Şəxs ünvanlanmış 29 sentyabr 2023-cü il tarixli elektron qaydada tərtib edilmiş inzibati xəta haqqında iş üzrə bildirişin surətindən görünür ki, X6 Rayon X5 Hüquqi Şəxsə ünvanlanmış sorğuya verilmiş cavabı nəzərə alaraq inzibati xəta haqqınad icraat başlanılmış və işə baxılması xx.xx.2023-cü il tarixə saaat 10:00 təyin edilmişdir. 15 avqust 2023-cü il tarixli elektron məktubdan görünür ki, Şəki Rayon X5 Hüquqi Şəxsin direktoru Şəxs X2 tərəfindən informasiya sorğusu verilmişdir. Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 24 avqust 2023-cü il tarixli, 2-5/2-22519/2023 nömrəli məktubundan görünür ki, Şəki Rayon X5 Hüquqi Şəxsin direktoru Şəxs vətəndaş X1 Ombudsmanın Aparatına müraciət etdiyini və Şəki Rayon Mərkəzi Xəstəxanasının informasiya sorğusuna cavab vermədiyini göstərilən hallar üzrə informasiya əldə etmək hüququnun təmin edilməsi ilə bağlı şikayətdə əks olunmuş halların araşdırılması üçün sorğuda yer alan aidyyatı suallar üzrə zəruri məlumat və sənədlərin 5 iş günü ərzində təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X17 Şəki Rayon X5 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının xx.xx.2023-cü il tarixli sorğusuna xx.xx.2023-cü il tarixdə elektron qaydada cavab verilmiş və məktubun imzalanma tarixi xx.xx.2023-cü il tarixidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X2 15 avqust 2023cü il tarixdə Şəki Rayon X5 Hüquqi Şəxsinə elektron qaydada informasiya sorğusu vermişdir. Həmin sorğuya cavab verilmədiyindən X4 Aparatına şikayət etmişdir. Bundan sonra Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının xx.xx.2023-cü il tarixli sorğu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoruna vətəndaşın müraciəti üzrə cavab verilməsi xahiş edilsə də, həmin müraciət də, Şəki Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Şəxs tərəfindən vaxtında cavab verilməmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-cu maddəsinə əsasən Aşağıdakılar informasiya sahibləri sayılır: dövlət orqanları və bələdiyyələr; ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən X17lər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər. Bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur. 10.4-cü maddəsinə əsasən İnformasiya sahibi: informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; sənədlərin reyestrini aparmalıdır; ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir; açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır; sorğuçuya kömək göstərməlidir; informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir; əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır; həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. 11.2-ci maddəsinə əsasən Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. 24.1-ci maddəsinə əsasən İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Şəxs direktoru olduğu Şəki Rayon X5 Hüquqi Şəxsinə elektron qaydada informasiya sorğusu verildiyi halda, həmin sorğulara vaxtında və aidiyyəti cavab verməməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının xx.xx.2023-cü il tarixli sorğusu ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Qeyd olunan hüquq normalarının məzmununa görə məhkəmə vətəndaş X1 və Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Şəxs rəsmi qaydada göndərilmiş informasiya sorğusunun icrası məcburi olan göstərişi ona rəsmi qaydada verilmiş hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Beləliklə də Şəxs oğlu Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 374.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun vəkilinin, protokol tərtib etmiş şəxsin nümayəndəsinin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 374.1-ci maddəsinə əsasən İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən X17lərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs Şəki Rayon X5 Hüquqi Şəxsin direktoru vəzifəsini icra etdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 500 manat məbləğində cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar