Məhkəmə qərarları › İş №3(075)-967/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-967/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-967/2024 04.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə materiala baxaraq, M ü ə y y ə n e t d i: Şəki şəhəri, Cavadxan küçəsi, ev 18 ünvanında qeydiyyatda olan Şəxs xx.xx.2024cü il tarixdə “LEXUS RX300 MİNİK” markalı, **-LD-*** qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” qanunun tələblərini pozduğuna görə İXM-in 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair EQ 21453794 №-li inzibati xəta haqqında protokol tərtib edilərək 10 manat məbləğində cərimə növündə inzibati tənbeh olunması barədə qərar qəbul edilmişdir. Ona tərtib edilmiş protokol və qəbul edilmiş qərar üzrə təyin edilmiş cəriməni vaxtında ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Şəxs İXM-in 150.11-ci maddəsinə əsasən qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə və İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, İXM-in 127-ci maddəsinin tələbləri rəhbər tutularaq onun iştirakı olmadan haqqında xx.xx.2024-cü ildə həmin Məcəllənin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəki şəhər-rayon Polis Şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Şəxs məhkəmə iclasına gəlməmişdir. Göründüyü kimi Şəxs Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməsinə görə inzibati qaydada cərimə edilmiş, barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmiş və bununla da həmin qərar icra edilməmişdir. Beləliklə Şəxs İXM-nın 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər sübuta yetmişdir. Ona görə də Şəxs İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati qaydada cəza almalı, onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: xx.xx.1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar