Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-97/2025 03.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryeyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1987-ci il tarixdə X10 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəki rayonu, Aydınbulaq ərazi dairəsi, Aşağı Daşağıl kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Elbrus Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-348/2024-010 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 27 mart 2024-cü il tarixdən başlayaraq 3 uşağın saxlanması üçün cabavdeh Şəxs hər ay hər uşaq üçün 200 manat-cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Yasamal rayon İcra şöbəsinə daxil olmuş, icraata başlanılmış, tərəfə tələbin icrası barədə bildiriş göndərilmiş, sonradan isə icra sənədi borclunun olduğu yer üzrə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə göndərilmiş, xx.xx.2025-ci ildə Şöbəyə daxil olmuşdur. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb yerinə yetirilməmiş, 5700 manat aliment borcunun ödənilməsinə dair tələbin icrasını təmin etməmişdir. Borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olubolmaması barədə isə "Elektron İcra" sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu hazırki tarixədək 300 manat aliment ödəyib 5700 manat aliment borcu vardır. Yaranmış aliment borcunun ödənilməsi tələb edilsədə, borclu icra sənədi üzrə tələbi yerinə yetirmədi, aliment borcunu gələcəkdə, qeyri müəyyən müddətdə ödəyəcəyini bildirdi, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu şöbədə olarkən verdiyi izahatında son iki ayadək Rusiya Federasiyasında avtomobil təmiri, rəngsaz işlədiyini, ayda 400-500 manat qazancının olduğunu bildirmişdir. Borclu izahatlarında aliment borcunun yaranmasını, aliment ödəməməsinin səbəbini keçmiş həyat yoldaşının ona xəyanət etməsiylə əlaqələndirir, alimentin ödənilməməsini maddi vəziyyəti ilə bağlı olmadığını bildirir. Borclu icra məmurunun qanuni tələbini yerinə yetirmədiyindən xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə Abşeron rayon İcra şöbəsi tərəfindən Abşeron rayon Məhkəməsinə inzibati xəta haqqında protokol tərtib edilərək göndərilmiş, məhkəmə borclu Taleh Musayevi 10 gün müddətində inzibati həbs etmişdir. Borclu eyni əməli bir il müddətində təkrar törətmişdir. X1 borclunun inzibati məsuliyyətə cəlb olunması üçün AR İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə verilməsini xahiş edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək protoklu müdafiə etdiyini qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Məhkəmə qətnaməsi üzrə təyin edilmiş aliment məbləği çox yüksəkdir. Keçmiş həyat yoldaşı X4 ona xəyanət etmişdir. Hazırda alimenti ödəmək üçün maddi imkanı yoxdur. Lakin sabah 500 manat ödəyə bilər. Əgər imkan verilsə icra sənədi üzrə borcunu hissə-hissə ödyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınaraq qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X9 izahat verərək bildirdir ki, Şəxs maddi imkanı olmaması səbəbindən borcunu ödəməmişdir. Şəxs vaxt verilsə, borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, onun əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-348/2024-010 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, icra sənədi üzrə 27 mart 2024-cü il tarixdən başlayaraq 3 uşağın saxlanması üçün cabavdeh Şəxs hər ay hər uşaq üçün 200 manat-cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-348/2024-010 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 3(075)-2548/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, borclunun icra sənədi barədə məlumatı olduğu halda qərəzli olaraq aliment borcunu ödəməyərək icra sənədini icra etməmişdir. Bundan başqa müəyyən olunur ki, borclu icra sənədləri üzrə borcunu ödəmədiyindən xx.xx.2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb olunaraq 10 gün müddətinə həbs olunmasına baxmayaraq. İcra sənədlərini vaxtından kifayət qədər vaxt keçməsinə baxmayaraq, yenidən icra sənədi üzrə ödəniş etməyərək icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx.xx.2025-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 10:00dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-97/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-97/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver