Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-970/2023 12.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki X4 inzibati tənbeh tətbiq etmə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, MÜƏYYƏNETDİM: X6 şikayətlə Şəki Rayon Məhkəməsinə müraciət edərək, inzibati qərarın və protokolun ona gec göndərilməsini nəzərə alaraq buraxılmış şikayət müddətini bərpa etməklə, barışmaqlarını nəzərə alaraq inzibati inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X5 qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X6 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, X3 mübahisələndirdiyi qərar 22 avqust 2023-cü il tarixdə qəbul edilmişdir. X2 hazırkı şikayətə sözügedən qərarı əlavə etmiş, həmin qərarı hansı tarixdə əldə etməsinə dair sübutu şikayətə əlavə etməmiş, şikayət isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, o, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Ona görə də məhkəmə hesab edir ki, X6 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, X1 orqana (Şəki ŞRPŞ-nə) buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəki ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə baxılmasından imtina edilsin və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə X5 geri qaytarılsın. X5 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Şəki ŞRPŞ-nə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-970/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-970/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver