Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-972/2023 17.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X2 Gəncə şəhər X8 Şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş 09 may 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Gəncə şəhər X8 Şöbəsinin 12 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək 60 mаnаt miqdarda inzibаti cərimə edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər X8 Şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş 09 may 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 09 may 2023-cü il tarixdə Gəncə şəhəri, Nizami küçəsində işıqforda dayandığı zaman **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti maşını onun yanında dayanmaqla nəqliyyat vasitəsinin şüşəsini aşağı endirərək qarşıda saxlamasını bildirdi. O da, işiqforu keçərək qarşıda dayanmışdır. Əvvəlcə yol patrul xidməti maşınında əyləşən inspektor yaxınlaşaraq ona qayda pozduğunu bildirdi. Bu zaman o, qayda pozuntusuna yol verməməyi ilə bağlı iradını bildirdikdə inspektor yol patrul xidməti maşınına qayıtdı və bu dəfə digər inspektor X3 onun maşınına yaxınlaşdı. İnspektor ona İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğunu, onun barəsində protokol tərtib edəcəyini bildirmiş və sürücülük vəsiqəsini ondan istəmişdir. O da hər hansı qayda pozuntusuna yol vermədiyini, sübutetmə vəzifəsinin yol patrul xidməti əməkdaşına aid olduğunu, hansı qaydanı pozduğuna dair sübut təqdim etməsini demişdir. Bu zaman inspektor ondan mobil telefon nömrəsini soruşmuş və protokol tərtib edəcəyini bildirmişdir. O da, protokolla razı olmadığını, protokol tərtib etməsini, lakin qərar qəbul etməməsini bildirmişdir. Bir müddət sonra inspektor protokol tərtib edərək ona təqdim etmiş və patrul maşınına əyləşərək getmişdir. Həmin gün saat 15:52-də “AsanPay” vasitəsi ilə ona 09 may 2023-cü il tarixli İXP ******* nömrəli protokol üzrə icra qərarının qüvvəyə minməsi barədə sms gəlmişdir. Onun inzibati xəta törətməsi sübuta yetirilmədiyi halda barəsində 09 may 2023-cü il tarixli İXP ******* nömrəli protokol və həmin tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Sözügedən xx.xx.2023-cü il tarixli TP: ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan tərəfindən Şəki Rayon Məhkəməsinə şikayət verilmiş məhkəmənin xx.xx.2023-cü il tarixli 3(075)-490/2023 nömrəli qərarı ilə TP: ******* nömrəli qərar ləğv edilərək xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol baxılması üçün Gəncə şəhər X8 Şöbəsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin qərarı icra edilmədiyi üçün tərəfindən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada Daxili İşlər Nazirliyinə müraciət etməyinə baxmayaraq qərar icra edilmədiyinə görə onun barəsində idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə və inzibati lənbeh vermə haqqında qərarın məcburi icrası ilə bağlı qərarlar qəbul edilməsinə görə xx.xx.2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinə müraciət etdikdən sonra TP: ******* nömrəli qərar ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə “AsanPay”-də şəxsi kabinetinə baxış keçirdiyi zaman cərimə məbləğinin silinmədiyi və iş üzrə qərarın tarixi hissəsində xx.xx.2023-cü il tarixdə barəsində yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi ona məlum olmuşdur. Lakin şəxsi kabinetdən də göründyü kimi həmin qərarın qəbul edilməsi barədə mənə nə SMS göndərilməmiş, nə də ki, qəbul edilmiş qərar bugünədək hüquqi ünvanına göndərilməmişdir. Bununla bağlı qərarın kim tərəfindən qəbul edildiyi ona məlum olmadığı üçün tərəfindən rəsmi olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Baş X8 İdarəsinə xx.xx.2023-cü il tarixdə isə Gəncə şəhər X8 Şöbəsinə müraciətlər ünvanlanmasına baxmayaraq, bugünədək (xx.xx.2023-cü il) həmin müraciətlərinə rəsmi cavab verilməmişdir. Qərarın əldə olunması ilə bağlı tərəfindən xx.xx.2023-cü il tarixdə Gəncə şəhər X8 Şöbəsinə gedilərək qərar əldə olunmuşdur. Hesab edir ki, barəsində qanunsuz olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, onun inzibati xəta törətməyi sübuta yetirilmədiyi halda barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol və xx.xx.2023-cü il tarixli TP: ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq X1 və Gəncə şəhər X8 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1nun şikayəti əsaslı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş 09 may 2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, X7 оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 protokolda protokolun sürətini aldığını, onun tərəfindən qayda pozuntularına yol verməməsini, inzibati xəta ilə bağlı ona hər hansı sübut təqdim edilməməsini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər X8 X9 Xidməti baş inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 12 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan CD diskdəki videogörüntüdən görünür ki, X2 idarə etdiyi **- UO-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobildə qarşı oturacaqda azyaşlı uşaq əyləşmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 İXM-nin 327.2-ci maddəslərinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Bundan başqa iş materiallarından və işə əlavə edilmiş SD diskdən aydın olur ki, X4 idarə etdiyi **-UO-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobildə qarşı oturacaqda azyaşlı uşaq əyləşmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Gəncə şəhər X8 Şöbəsi tərəfindən X4 barəsində qəbul edilmiş 12 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X2 Gəncə şəhər X8 Şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş 09 may 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X2 Gəncə şəhər X8 Şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş 09 may 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-972/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-972/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver