Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-973/2023 16.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YPX inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu YPX inspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş 16 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 15 oktyabr 2023-cü il tarixdə, saat 08:17 radələrində İXM-nin 329.1, 342.5 və 333.1-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YPX inspektoru, polis serjantı X3 protokolu müdafiə edərək bildirdi ki, 15 oktyabr 2023-cü il tarixdə, saat təxminən 07:45 radələrində Şəki şəhəri ərazisində xidmətdə olduğu zaman şəhərin S.Mümtaz küçəsi ərazisində Şəxs idarə etdiyi, “Mercedes-Benz 208D” markalı **- BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu saxlatmışdır. Avtomobilin sürücüsünün gözləri qırmızı olmuş, söhbət samanı spirtli içki qoxusu hiss olunmuşdur. O, sürücünü alkotesterlə yoxlamaq istəyəndə, sürücü imtina etmişdir. Bundan sonra o, sürücünü yoxlamaq üçün həkim çağırmışdır. Həkim narkoloq yoxlayan zaman spirtli içki qəbul etdiyini etiraf etmişdir. İşlə bağlı həkim tərəfindən müvafiq akt tərtib edilmişdir. Bundan sonra Şəxs idarə etdiyi “Mercedes-Benz 208D” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobus avtomobil duracağına aparılmışdır. Bildirmişdir ki, avtomobili saxladıqdan sonra Şəxs özü müayinədən keçmək üçün həkim yanına getmişdir. O, bir müddət xidmətdə olub, digər avtomobilləri saxlayıb yoxlamışdır. Buna görə də inzibati xəta haqqında protokol saat 08:17-də tərtib edilmişdir. Protokolu müdafə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 15 oktyabr 2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi “Mercedes-Benz 208D” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla hərəkətdə olan zaman Şəki rayonu YPX inspektoru, polis serjantı X3 tərəfindən saxlanılmışdır. Bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, o, polis əməkdaşı tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşı onu alkotesterlə yoxlamaq istəmişdir. Əvvəlcə polis əməkdaşı ondan soruşanda o, spirtli içkinin təsiri altında olmadığını bildirmişdir. Lakin həkim narkoloq tərəfindən alkotesterlə yoxlama zamanı onda yüngül sərxoşluq aşkar edilmişdir. Bundan sonra o, bir müddət gözləmişdir. Lakin polis əməkdaşı ona sərxoş olması barədə müvafiq aktı təqdim etməmişdir. Bundan sonra özü analiz vermək üçün həkim yoxlanmasına getmişdir. Şəki RMX-ndə həkim tərəfindən yoxlanılan zaman onda sərxoşluq aşkar edilməmişdir. O, yenidən hadisə yerinə qayıtmışdır. Polis əməkdaşı ona 400 manat məbləğdə cərimə ediləcəyini bildirmişdir. Lakin o, razılaşmamışdır. O, polis əməkdaşı tərəfindən 15 oktyabr 2023-cü il tarixdə səhər saat 08:00 radələrində saxlanılmışdır. Həmin vaxt o, alkotesterdən keçib, nəticə 3 % göstərilmişdir. Özü isə saat 11:37-də Şəki RMX-də yoxlanılmışdır. Bu zaman onda sərxoşluq aşkar edilməmişdir. Hesab edir ki, protokol əsassız olaraq tərtib olunmuşdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qisimində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Oğuz rayonu X2 Hüquqi Şəxsdə həkim narkoloq vəzifəsində işləyir. Bildirmişdir ki, 15 oktyabr 2023-cü il tarixdə səhər saat 07:54 radələrində Şəxs spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə etməsinə görə şübhə doğurduğundan onun tərəfindən analiz alınmışdır. Bundan sonra onun tərəfindən müvafiq akt tərtib edilmişdir. Yoxlama nəticəsində Şəxs 0,3 promil sərxoşluq aşkar edilmişdir. Həmin vaxt Şəxs özü də, spirtli içki olan araq içdiyini bildirmişdir. Onun verdiyi akt əsaslıdır. Çünki, o, Oğuz rayonu X2 Hüquqi Şəxsində 12-ci dərəcəli həkim narkoloq vəsifəsində işləyir. İkinci yoxlamanı aparan Zaur Hüseynov isə həmin xəstəxanada feldşer işləyir. Bundan başqa üç saatdan sonra yolama zamanı sərxoşluğun aşkar olunmaması mümkündür. Çünki, bir saatdan bir sərxoşluq 0,1 promil aşağı düşür. İş materiallarında olan “Nəqliyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətin müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə” barədə 15 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs ilə danışıq zamanı nəfəsindən spirt qoxusu gəlmiş, gözləri qızarmış vəziyyətdə olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 15 oktyabr 2023-cü il tarixli, 400 saylı aktdan görünür ki, saat 07:54-də keçirilən müayinə zamanı Şəxs yüngül dərəcəli, 0.35% pro.m sərxoşluq vəziyyəti aşkar edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 15 oktyabr 2023-cü il tarixli, 389 saylı aktdan görünür ki, saat 11:37-də keçirilən müayinə zamanı Şəxs sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi izahatlarla və iş materialları ilə təsdiq edilir. Göründüyü kimi Şəxs istifadəsində olan “Mercedes-Benz 208D” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi inkar edilsə də, iş materiallarında olan sübutlarla, habelə həkim narkoloqun ifadəsi ilə onun sərxoş vəziyyət nəqliyyat vasitəsi idarə etməsi öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş həkim narkoloq X4 tərəfində tərtib edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 15 oktyabr 2023-cü il tarixli, 400 saylı aktdan görünür ki, saat 07:54-də keçirilən müayinə zamanı Şəxs yüngül dərəcəli, 0.35% pro.m sərxoşluq vəziyyəti aşkar edilmişdir. İkinci yoxlama birinci yoxlamadan üç saatdan artıq vaxt keçdikdən sonra aparılmış və sərxoşluq halının olmamasının müəyyən olunması mümkündür. Ona görə də, məhkəmə sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 15 oktyabr 2023-cü il tarixli, 400 saylı aktı əsaslı hesab edir və saat 07:54-də keçirilən müayinə zamanı Şəxs yüngül dərəcəli, 0.35% pro.m sərxoşluq vəziyyəti aşkar edilməsini sübut olunmuş hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə Şəxs qeyd olunan hərəkəti Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində 400 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-973/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-973/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver