Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-975/2023 18.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 və zərəçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN (xxxxxxx) olan, ali təhsilli, subay, aşpaz işləyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən tərtib edilmiş 18 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-194/2021 saylı, 19 fevral 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5000 manat maddi ziyan və iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-543/2021 saylı, 26 aprel 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2906.78 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-194/2021 saylı, 19 fevral 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5000 manat maddi ziyan və iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. İcra sənədi 01 aprel 2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. Borclu 400 manat pulu tələbkara nəğd olaraq ödəmiş, 4600 manat borcu qalmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-543/2021 saylı, 26 aprel 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2906.78 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi 01 iyun 2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədləri üzrə tələblərin icrası təmin edilməmiş, nəticədə X5 4600 manat və "xxxx" ASC-nə 2936.78 manat borcu ödənilməmiş qalmışdır. Borclu könüllü müddətdə icra sənədləri üzrə təəbləri yerinə yetirmədiyindən adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron icra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, borclunun ünvanında tələb yönəldiləcək əmlak aşkar edilməmişdir. Borclu 19 noyabr 2021-ci il tarixdə verdiyi izahatında borcunu 1 il 6 ay müddətində ödəyəcəyini bildirsədə ödəməmişdir. Borclu Şəxs barəsində 17 fevral 2022-ci il tarixində axtarış qərarı qəbul edilərək ŞRPŞ-nə göndərilmişdir. ŞRPŞ tərəfindən axtarış işi açılmış və 18 oktyabr 2023cü il tarixində polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilmiş, icra sənədləri üzrə tələblərin yerinə yetirilməsi tələb edilmiş, lakin borclu icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu şöbədə olarkən bir daha borclarının ödənilməsi tələb edildi, icra məmurunun qanuni tələbini yerinə yetirmədi. Şöbədə olarkən verdiyi zahatında Boclu Bakı şəhərində yaşadığını, aşpaz köməkçisi işlədiyini, gündəlik 20-25 manat qazancının olduğunu bildirdi. Eyni zamanda Gülnaz Hüseynovaya olan borcunu 10 gün müddətində ödəyəcəyini, kapital Bank ASC-nə olan borcunu isə nə vaxt ödəyəcəyini bilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-194/2021 saylı, 19 fevral 2021-ci il tarixli icra sənədinə əsasən ondan 5000 manat maddi ziyan və iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 2(075)-543/2021 saylı, 26 aprel 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2906.78 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədindən məlumatı vardır. İşləmədiyi, maddi imkanı aşağı olduğuna görə icra sənədlərində göstərilən borc məbləğlərini tam olaraq ödəyə bilməmişdir. Bildirmişdir ki, o, tələbkar X5 olan borcundan 400 manat məbləğdə nağd ödəniş etmiş, 300 manatını isə poçt vasitəsilə ödəmişdir. O, tələbkar X5 olan borcunu imkanı daxilində 10 gün müddətinə ödəyəcəkdir. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunu isə nə vaxt ödəyəcəyini bilmir. Onun oğlu Türkiyədə yaşayaraq orada işləyir. Oğlu pulu göndərdikdən sonra ödəniş edəcəkdir. Göstərmişdir ki, o, əvvəllər ADPU-nin Şəki filialında müəllimə işləmişdir. Əmək haqqısı az olduğu üçün həmin universtetitdən özü könüllü şəkildə çıxmışdır. Bundan sonra Əmək Müfəttişliyi tərəfindən ona Yanacaq doldurma məntəqəsində operator işi təklif edilmişdir. Lakin həmin iş ona uyğun olmadığı üçün işləməmişdir. Bundan sonra dayə işi tapmışdır. Lakin bir gün işlədikdən sonra işdən çıxarılmışdır. Buna görə də o, İcra Şöbəsində 19 noyabr 2021-ci il tarixdə izahat verərək borcunu ödəyəcəyini bildirsə də, bu günədək ödəməmişdir. Bildirmişdir ki, o, 2021-ci ildən 2022-ci ilin mart ayına kimi heç yerdə işləməmişdir. Ona və bacısına oğlu baxmışdır. 2022ci ilin mart ayından sonra isə daimi işi olmasa da, restoranlarda qabyuyan işləmişdir. Sonralar isə evlərdə aşpaz yanında köməkçi işləmişdir. Hal-hazırda da aşpaz yanında köməkçi işləyir. Gündəlik 20 – 25 manat məbləğdə gəliri olur. O, 19 noyabr 2021-ci il tarixdən sonra Bakı şəhərində NZS qəsəbəsində bacısı ilə birlikdə kirayə yaşamışdır. Halhazırda isə Masazır qəsəbəsi, Qurtuluş, 93, bina 1 E, mənzil 24 A ünvanında bacısı ilə birlikdə kirayə yaşayırlar. Aylıq 220 manat məbləğdə kirayə haqqı ödəyir. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Mehriban Abas qızının əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X8 izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-194/2021 saylı, 19 fevral 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5000 manat maddi ziyan və iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq ona verilməlidir. Borclu qərəzli olaraq ona olan borcunu ödəmir. Borclu Şəxs şikayətçidir. Borclunun barəsində tədbir görülərək borcun ödənilməsini təmin edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Şərh edilənlərə əsasən məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-975/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-975/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver