Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-976/2023 14.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, xx.xx.1977-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şəki Rayon Məhkəməsi Şəki şəhəri Sabit Rəhman küçəsi bina 22 mənzil 34-də qeydiyyatda olan X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokola dair sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X1 şikayətə mahiyyəti üzrə baxılmadan onun geri qaytarılmasını xahiş etdi. Məhkəmə, X2 tərəfindən hazırkı şikayətin baxılmadan geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edir ki, bu vəsatət təmin edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EXP ******* saylı saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-976/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-976/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver