Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-979/2023 19.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs barəsində 19 oktyabr 2023-cü il tarixdə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, Müəyyən etdim: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki ŞRPŞ-dən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 19 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 13 iyul 2023-cü il tarixdə X2 nəqliyyat vasitəsinin arxa şüşəsini sındırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 13 iyul 2023-cü il tarixdə X2 nəqliyyat vasitəsinin arxa şüşəsini sındırması qeyd edilsə də, məhz iş materiallarına X3 dəyən maddi ziyanın dəyəri ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən X3 dəymiş maddi ziyanla bağlı ekspertiza təyin edilməmiş, zərərin məbləğini konkret olaraq müəyyən edən sübut iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, Şəki ŞRPŞ-dən baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki ŞRPŞ-nə geri qaytarılsın. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-979/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-979/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver