Məhkəmə qərarları › İş №3(075)-98/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-98/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-98/2021 17.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən günorta saatlarında Bakı şəhəri Badamdar qəsəbəsi istiqamətində hərəkətdə evinə gedərkən avtomobilinin sağ təkəri yolda çuxura düşmüşdür. O, həyəcanlı və əsəbi halda avtomobildən düşmüş və avtomobilin təkərinə baxmışdır. Bu zaman həmin yolda hərəkətdə olan “Niva” markalı mülki avtomobil hərəkətini dayandırmış və içərisindən bir nəfər polis əməkdaşı düşərək ona yaxınlaşmışdır. Daha sonra özünü təqdim edərək nə üçün maskadan istifadə etmədiyini soruşmuşdur. O, dərhal avtomobildə saxladığı maskanı götürüb taxmışdır. Daha sonra polis əməkdaşına unutduğunu, havanın bərk yağışlı olduğunu, yolda isə ondan başqa heç kəs olmadığını, maskasız olsa belə heç kəsi yoluxdura bilməyəcəyini bildirmişdir. Lakin polis əməkdaşı onu dinləməyərək zorla bölməyə aparmışdır. Polis əməkdaşına qanuni izaha edərək onun yerində cərimələnməli olduğunu, şöbəyə aparılması üçün heç bir əsas olmadığını bildirmişdir. Lakin polis əməkdaşı kobud şəkildə ona “düş qabağıma” demişdir. Şöbədə olarkən rəisin də yanına getmiş, onun qanunsuz olaraq şöbəyə gətirildiyini, işi səbəbindən getməli olduğunu bildirmişdir. Bundan sonra “qanunsuz olaraq gətirmiiz, indi də protokolumu verin, mən gedim” demişdir. Polis əməkdaşı isə protokolun evinə göndəriləcəyini bildirmişdir. Bundan sonra şöbəni tərk etmişdir. Polis bölməsindən çıxarkən DİN-nin 102 xidmətinə zəng etmiş, vəziyyəti izah edərək yenidən araşdırılmasını xahiş etmişdir. Bu hadisədən təxminən 20 gün sonra qeydiyyatda olduğu ünvana İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsinə dair protokol göndərilmişdir. Həmin protokol qanunsuzdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş inzibati xəta haqqında protokolundan şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolundan şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixdə, saat 12:20 radələrində “Bazarstore” marketin qarşısında qoruyucu tibbi maskadan istifadə etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən X4 ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, 065- 37680N-3221 nömrəli məktubdan görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixli müraciətinə baxılmış, barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması qərara alınmış, ona inzibati qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli, 450 nömrəli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli, 451 nömrəli qərarının 1-ci bəndinə əsasən müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Həmin Qərarın 2-ci bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. X1 məhkəməyə təqdim etdiyi ərizəsində Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmadan hərəkətini davam etdirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, ərizəçinin iş materiallarına əlavə edilmiş izahatından qeyd olunan tarixdə X3 ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi müddətdə, açıq havadakı ictimai yerdə qoruyucu tibbi maskadan istifadə etmədiyi müəyyən edilmişdir. Bundan başqa X5 da məhkəməyə ünvanladığı ərizəsində və məhkəmə iclasında verdiyi izahatında qoruyucu tibbi maskadan istifadə etmədiyi inkar etməmiş, bu halı “avtomobilinin təkəri çuxura düşdüyü üçün əsəbi və həyəcanlı halda avtomobildən düşməli olması, həmin zaman maska taxmağı unutması, həmçinin həmin vaxt hava yağışlı olduğundan yolda ondan başqa heç kimin olmamadığı üçün tibbi maskadan istifadə etmədiyi” ilə əsaslandırmışdır. Odur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun qanunsuz və əsassız olmasını qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. X1 şikayət ərizəsində qeyd etdiyi Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X3 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar