Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-986/2023 06.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, xx.xx.1961-ci ildə Şəki şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki Şəhər-Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən tərtib olunmuş 20 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 məxsus M.Ə.Rəsulzadə prospektində yerləşən mağazanın pəncərəsini, həmin mağazada olan 1 ədəd dondurucu və 1 ədəd pivə aparatını sındıraraq ona 930 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs zərərçəkmiş şəxsə məxsus M.Ə.Rəsulzadə prospektində yerləşən mağazanın pəncərəsini, həmin mağazada olan 1 ədəd dondurucu və 1 ədəd pivə aparatını sındıraraq ona maddi ziyan vurduğundan, onun əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsin İTB-nin sahə rəisinə göndərilmişdir. İş materiallarında olanAzərbaycan Respublikası Mərkəzi Kooperativlər X4 Rayon Kooperativlər Cəmiyyəti tərəfindən verilmiş 12 sentyarbr 2023-cü il tarixli, 06 nömrəli məktubdan görünür ki, 2023-cü ilin iyun ayının ikinciongünlüyündə 2 il əvvəl alınmış istifadə olunmuş, “Uğur” markalı 300 litirlik dərin dondurucunun orta bazar pərakəndə satış qiyməti təxminən 400 manat, plastik pəncərənin eni 0.70 metr, uzunu 1.20 metr olan şəffaf şüşəsinin orta bazar satış qiyməti 50 (əlli) manat və 2 il əvvəl alınmış kifayət qədər istifadə edilmiş”Uğur” markalı pivə aparatının orta bazar pərakəndə satış qiymıəti təxminən 480 manat olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasının hədləri inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın bir misli miqdarında, yəni 930 (doqquz yüz otuz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-986/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-986/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver