Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-987/2023 06.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi ilə, 30 iyun 1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5XLZD96 olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Rahib oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş, 19 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs Rahib oğlu qanunsuz olaraq v tüfəngini saxlayaraq İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan xəta pozuntusuna yol vermişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Rahib oğluna məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Rahib oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 avqust 2023-cü il tarixli qərarından görünür ki, HK-1/672 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Rahib oğlunun inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İş matriallarında olan 30 may 2023-cü il tarixli, 17/414 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silh zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “Toz” modelli, “621229” nömrəli xarici çaxmaqlı, təklüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, nasaz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silahın atəşə yaralı oluv-olmaması və yararlılığı müəyyən edilsin” suallarını cavablandırmaq mümkün olmamışdır. Şəxs Rahib oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rahib oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Rahib oğlunun Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Rahib oğlu Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan şəhadətnaməsiz, 20 kalibirli, nömrəsiz, “Toz” markalı təklülə ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-987/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-987/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver