Məhkəmə qərarları › İş №3(075)-991/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-991/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-991/2023 31.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, Muhammad Asifin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanıda X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN № ******* saylı xx.xx.2023-cü il tarixli və MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Muhammad Asif şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş MN № ******* saylı xx.xx.2023-cü il tarixli və MN № ******* saylı xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi ki, inzibati tənbeh vermə haqqında qərar Bakı şəhərində qəbul edilmiş, eyni zamanda şikayətçinin müvəqqəti yaşayış ünvanı da Bakı şəhəri, Suraxanı rayonudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi, hazırkı şikayətin inzibati xətanın törədildiyi yer üzrə verilməsi müəyyən edilmədiyi kimi, şəxsin yaşadığı yer üzrə də verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi və digər məsələləri həll edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Muhammad Asifin barəsində X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN № ******* saylı xx.xx.2023-cü il tarixli və MN № ******* saylı xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar