Məhkəmə qərarları › İş №3(075)-996/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-996/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-996/2023 02.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Musayev Kamran İbrahim oğlu, Şikayət verən şəxs X2 barəsində tərtib edilmiş 10 sentyabr 2023-cü il tarixli, EQ- 16813360 nömrəli və 10 sentyabr 2023-ci il tarixli, EQ-16802950 nömrəli qərarların ləğv edilməsi və cərimə məbləğinin üzərindən götürülməsi barədə şikayətini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 10 sentyabr 2023-cü il tarixli, EQ-16813360 nömrəli və 10 sentyabr 2023-cü il tarixli, EQ-16802950 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və həmin cərimə məbləğlərinin onun üzərindən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, təqdim edilmiş şikayətə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şikayət belə əsaslandırılmışdır ki, “VAZ 21154” markalı, **-CA-*** dövlət nömrə nişanlı minik avtomobili rdaşı X5 mülkiyyətindədir. Həmin avtomobili idarə edə bilmədiyi üçün X1 mənə müvafiq etibarnamə vermişdir. O, müəyyən vaxtlarda həmin avomobildən etibarnamə əsasında istifadə etmişdir. Lakin, onun ödənilməmiş inzibati cəriməsi olduğuna görə məhkəmə qaydasında onun sürücülük hüququnu müəyyən müddətə məhdudlaşdırılmışdır. X1 10 sentyabr 2023-cü il tarixdə həmin avtomobili şəxsən özü idarə etməklə Bakı şəhərinə getmişdir. Həmin gün üçün “VAZ 21154” markalı, **-CA-*** dövlət nömrə nişanlı minik avtomobili ilə bağlı sığortaçı ilə bağlanmış icbari sığorta müqaviləsinin müddəti bitməsi və yeni müqavilənin bağlanmaması əsası ilə həmin avtomobili idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə elektron qaydada 10 sentyabr 2023-cü il tarixli, EQ- 16813360 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa həmin gün üçün “VAZ 21154” markalı, **-CA-*** dövlət nömrə nişanlı minik avtomobillə dayanma durma qaydalarını pozulması əsası ilə həmin avtomobili idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə elektron qaydada 10 sentyabr 2023-cü il tarixli, EQ-16802950 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yəni, belə bir xətalar mövcuddursa da, həmin xətanı o deyil, avtomobili həmin vaxt idarə edən şəxs törətmişdir. Məhkəmə hesab edir ki, X4 qərardan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmüş müddətin bərpası ilə əlaqədar müraciəti məhkəməyə daxil olmamış və şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin hallarını, 10 sentyabr 2023-ci il tarixli inzibati xəta haqqında qərarın surətinin X4 tərəfindən imzalanaraq alması həmçinin inzibati tənbeh vermə haqqında qərarın alınması vaxtı barədə hər hansı sübut təqdim edilməməsini, inzibati qərarın tərtib edildiyi vaxtdan 01 ay 20 gün sonra şikayət verilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X4 tərəfindən 10 sentyabr 2023-cü il tarixli, EQ-16802950 nömrəli inzibati xəta haqqında protokolundan və həmin protokol əsasında qəbul edilmiş 10 sentyabr 2023cü il tarixli, EQ-16802950 nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüququ ona izah edilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən 10 sentyabr 2023-cü il tarixli, EQ-16813360 nömrəli və 10 sentyabr 2023-cü il tarixli, EQ-16802950 nömrəli qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüququ şikayət verən şəxs X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar