Məhkəmə qərarları › İş №3(075)-997/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-997/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-997/2023 13.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3 iştirakları ilə, Şəxs MMC-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə X11 İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X11 İdarəsinin ENS-nin şöbə müdiri X7 tərəfindən tərtib edilmiş, 30 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yerləşən “Elit Aptek” obyektinin reklamları barədə X11 İdarəsinin Şəxs MMC-yə verdiyi yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmiş, beləliklə də onun barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yerləşən “Elit Aptek” obyektinin qarşısında açıq məkanda 6,40 m x 0,90 m x 1 ədəd = 5,76 kvadrat.metr ölçüdə reklamı müvafiq icazə almadan yerləşdirilmiş və yayımlanmışdır. Bu barədə 16 oktyabr 2023-cü il tarixdə açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə akt tərtib olunmuşdur. Həmçinin 17 oktyabr 2023-cü il tarixdə sahibkara icrası məcbur olan göstəriş göndərilərək xəbərdarlıq edilmiş, ona qanunsuz olaraq yerləşdirdiyi reklamı sökməsi və reklam yerləşdirmək üçün 5 gün ərzində X11 İdarəsi ilə müqavilə bağlaması tələb olunmuşdur. Lakin Şəxs MMC adlanan sahibkarlıq obyektində fəaliyyət göstərən X6 qeyd olunan obyektə yayımlanan reklamlar barədə verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yetirməmişdir. Bundan başqa 27 oktyabr 2023-cü il tarixdə X11 İdarəsi tərəfindən Şəxs MMC-nin qanuni təmsilçisi X5 X11 İdarəsinin istifadəsində olan ********** nömrəli korporativ nömrə ilə zəng edilərək məlumat verilmiş, göstərilən yerdə və vaxtda iştirakını və ya nümayəndəsinin iştirakını təmin etməyi bildirilmişdir. Lakin Şəxs MMC-nin qanuni təmsilçisi X6 tərəfindən yenə də yazılı göstərişin tələbləri vaxtında və tam icra olunmamışdır. Buna görə də hüquqi şəxs olan Şəxs MMCnin barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə insibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X6 izahat verərək bildirdi ki, X11 İdarəsi tərəfindən ona ünvanlanmış yazılı göstərişi 21 oktyabr 2023-cü il tarixdə qəbul etmişdir. O, yazılı göstərişlə bağlı idarəyə yaxınlaşan zaman ona ayın 30 oktyabr 2023-cü il tarixdə gəlib müqavilə baxlamasını demişlər. Bundan sonra o, 30 oktyabr 2023-cü il tarixdə, yəni həftənin birinci günü, təxminən saat 14:40 radələrində X11 İdarəsinə getmişdir. Ona əczaxana gəlmək lazım olduğunu, həmçinin möhürü də götürməsini bildirmişdilər. O, yaşadığı evə gedib möhürü götürdükdən sonra aptekə getmişdir. Saat təxminən 15:01 radələrində aptekə çatmışdır. Hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan onu aldatmışdır. Belə ki, o, saat 15:00-da əczaxanada olmalı idi. Evdən möhürü götürüb gələndə saat 15:01-də əczaxanaya çatmışdır. Bir dəqiqə keçmişdir. Orada ona geçikdiyini, artıq barəsində inzibati xəta haqqında protkol tərtib olunduğunu bildirdilər. Hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protkol əsassız və qanunsuzdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli, 000255 nömrəli aktda görünür ki, Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yerləşən “Elit Aptek” adlanan sahibkarlıq obyektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla açıq məkanda müvafiq icazə olmadan 6,40 m x 0,90m x 1 ədəd = 5,76 kvadrat.metr ölçüdə reklamı yerləşdirilib və yayımlanmışdır. İş materiallarında olan Şəxs MMC-nin qanuni təmsilçisi X5 ünvanlanmış 17 oktyabr 2023-cü il tarixli yazılı göstərişin surətindən görünür ki, Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yerləşən “Elit Aptek” adlanan sahibkarlıq obyektində açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində X11 İdarəsinə müraciət etməsi tələb olunmuşdur. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, X11 İdarəsi tərəfindən X5 ünvanlanmış yazılı göstəriş 21 oktyabr 2023-cü il tarixdə şəxsən ünvançı tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 rəhbəri olduğu, Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yerləşən Şəxs MMC-də Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən 16 oktyabr 2023-cü il tarixdə baxış keçirilərkən həmin obyektdə 6,40 m x 0,90m x 1 ədəd = 5,76 kvadrat.metr ölçüdə fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti 17 oktyabr 2023cü il tarixdə X5 rəsmi qaydada göndərilməklə fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. X1 icrası məcburi olan göstərişin tələblərinə vaxtında əməl etməmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. X3 rəhbəri olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamlarının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin 17 oktyabr 2023-cü il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Bundan başqa məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X6 məhkəmə icasında izahatında onun 30 oktyabr 2023-cü il tarixdə idarəyə yaxınlaşdığını, sonra isə evindən möhür götürərək “Elit Aptekə” getdiyini, bir dəqiqə gecikdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirsə də, məhkəmə diqqətə çatdırır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X6 iş materiallarına olan xəbərnaməyə əsasən ona ünvanlanmış yazılı göstərişi 21 oktyabr 2023-cü il tarixdə almışdır. O, rəhbəri olduğu əczaxanada yerləşdirdiyi reklam üçün icazəni həmin tarixdən 5 gün müddətində almalı idi. X6 30 oktyabr 2023-cü il tarixdə reklama icazə alınması üçün X11 İdarəsinə yaxınlaşması özü özlüyündə 5 gün müddəti ötürmək kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Qeyd olunan hüquq normalarının məzmununa görə məhkəmə Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin X5 rəsmi qaydada göndərilmiş aktı və icrası məcburi olan göstərişi ona rəsmi qaydada verilmiş hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə də X6 oğlu Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs MMC-nə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 5000 manat məbləğində cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 5000 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar