Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-100/2025 17.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən verilmiş protokoldan görünür ki, Şəxs, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-320/2022 saylı icra sənədi üzrə yaranmış cəmi 4179 manat borcunu üzrsüz səbəbdən ödəməyərək, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-320/2022 saylı icra sənədinə əsasən, apellyasiya şikayəti qismən təmin edilməsi, bu iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(076)-889/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - iddianın təmin edilməsi, cavabdehlər X3 və Şəxs 1 ədəd dəyəri 1.500 manat olan 585 əyarlı beş qaşlı brilyant nişan üzüyü, 1 dəst dəyəri 2.000 manat olan 585 əyarlı 13 qram çəkidə buta formalı, brilyant qaşlı sırğa-üzük dəstinin naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi hissəsində dəyişdirilsin, iddia qismən təmin edilməsi, cavabdehlər X6 və Şəxs 1 ədəd dəyəri 320 (üç yüz iyirmi) manat olan 585 əyarlı beş qaşlı brilyant nişan üzüyü, 1 dəst dəyəri 1040 (min qırx) manat olan 585 əyarlı 13 qram çəkidə buta formalı, brilyant qaşlı sırğa-üzük dəsti naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspert tədqiqatının dəyəri 50 (əlli) manatın 20 (iyirmi) manatı iddiaçı Zərərçəkmiş şəxs, 30 (otuz) manatı isə cavabdehlər X6 və Şəxs müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. İcra sənədi Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. İcra işinə baxış keçirilərkən Şəxs tələbkara 4179 manat borcunun olması müəyyən edilmiş, bundan sonra borclu icra şöbəsinə dəvət olunaraq tələbkara olan borcunu ödəməsi təklif olunmuş, lakin Şəxs maddi imkanı olmadığına görə borcunu tam ödəyə bilmədiyini bildirmişdir. Hazırda Şəxs cəmi 4179 manat borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-320/2022 saylı icra sənədinə əsasən, apellyasiya şikayəti qismən təmin edilməsi, bu iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(076)-889/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - iddianın təmin edilməsi, cavabdehlər X3 və ondan 1 ədəd dəyəri 1.500 manat olan 585 əyarlı beş qaşlı brilyant nişan üzüyü, 1 dəst dəyəri 2.000 manat olan 585 əyarlı 13 qram çəkidə buta formalı, brilyant qaşlı sırğa-üzük dəstinin naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi hissəsində dəyişdirilərək, iddia qismən təmin edilməsi, cavabdehlər X6 və ondan 1 ədəd dəyəri 320 (üç yüz iyirmi) manat olan 585 əyarlı beş qaşlı brilyant nişan üzüyü, 1 dəst dəyəri 1040 (min qırx) manat olan 585 əyarlı 13 qram çəkidə buta formalı, brilyant qaşlı sırğa-üzük dəsti naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspert tədqiqatının dəyəri 50 (əlli) manatın 20 (iyirmi) manatı iddiaçı Zərərçəkmiş şəxs, 30 (otuz) manatı isə o və X3 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. Hazırda tələbkara olan borcunu ödəməkdən yayınmır və borcu ödəməli olmasını bilir. 2023-cü ilin iyul ayından anası X4 təqaüdündən tutulmalar aparılır. Hal-hazırda borcundan 500 manat ödəniş etmiş, qalan məbləği isə qısa vaxt ərzində ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə şifahi məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-320/2022 saylı icra sənədinə əsasən, apellyasiya şikayəti qismən təmin edilməsi, bu iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(076)-889/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - iddianın təmin edilməsi, cavabdehlər X3 və Şəxs 1 ədəd dəyəri 1.500 manat olan 585 əyarlı beş qaşlı brilyant nişan üzüyü, 1 dəst dəyəri 2.000 manat olan 585 əyarlı 13 qram çəkidə buta formalı, brilyant qaşlı sırğa-üzük dəstinin naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi hissəsində dəyişdirilərək, iddia qismən təmin edilməsi, cavabdehlər X6 və Şəxs 1 ədəd dəyəri 320 (üç yüz iyirmi) manat olan 585 əyarlı beş qaşlı brilyant nişan üzüyü, 1 dəst dəyəri 1040 (min qırx) manat olan 585 əyarlı 13 qram çəkidə buta formalı, brilyant qaşlı sırğa-üzük dəsti naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspert tədqiqatının dəyəri 50 (əlli) manatın 20 (iyirmi) manatı iddiaçı Zərərçəkmiş şəxs, 30 (otuz) manatı isə cavabdehlər X6 və Şəxs müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-320/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, 2023-cü ilin iyul ayından icra sənədi üzrə digər borclu X4 təqaüdündən hər ay tutulmalar aparılır, həmçinin Şəxs tələbkara olan borcundan 500 manat ödəniş etmiş, qalan borcunu isə qısa vaxt ərzində ödəyəcəyini bildirir. Göstərilən hal isə onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə tələbkara olan borcunu ödəməkdən qəsdən yayınmır, maddi cəhətdən çətinlik çəkdiyi üçün icra sənədinin icrasını təmin edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-100/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-100/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver