Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1006/2023 26.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Tələbkar: Zərərçəkmiş şəxs nümayəndəsi, həmçinin özü tələbkar X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1963-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3417/2021 saylı, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2079/2022 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)-639/2022 saylı icra sənədləri üzrə yaranmış borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 1.020 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmçinin, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Zərərçəkmiş şəxs və X1 şərəf və ləyaqətini ləkələyən məlumatların “Youtube” sosial şəbəkəsindən silinməsinin Şəxs və qeyrilərinin üzərinə vəzifə qoyulması, Şəxs və qeyrilərindən hər birindən 300 manat olmaqla, cəmi 900 manat mənəvi zərərin alınıb iddiaçılar Zərərçəkmiş şəxs və X3 verilməsi qət edilmişdir. Bundan başqa, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən və “Youtube” sosial şəbəkəsində yayılan görüntüləri silməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra sənədlərində göstərilən tələbləri yerinə yetirməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmiş, habelə “Youtube” sosial şəbəkəsində yayılan görüntüləri silməmişdir. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərinin icrasından boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi, həmçinin özü tələbkar X4 izahatında göstərdi ki, borclu ona və təmsil etdiyi şəxsə olan borcunu ödəməkdən, eləcə də onun və Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyən məlumatları “Youtube” sosial şəbəkəsindən silməkdən boyun qaçırmışdır. Dəfələrlə borclu borcunu ödəmək, eləcə də, məlumatları sosial şəbəkədən silmək üçün vaxt istəmiş, lakin hazırki vaxtadək borcunu ödəməmiş və “Youtube” sosial şəbəkəsindən məlumatları silməmişdir. Hesab edir ki, Şəxs qərəzli şəkildə icra sənədlərinin icrasından yayınır, ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan 1.020 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmçinin, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Zərərçəkmiş şəxs və X1 şərəf və ləyaqətini ləkələyən məlumatların “Youtube” sosial şəbəkəsindən silinməsinin onun və qeyrilərinin üzərinə vəzifə qoyulması, ondan və qeyrilərindən hər birindən 300 manat olmaqla, cəmi 900 manat mənəvi zərərin alınıb iddiaçılar Zərərçəkmiş şəxs və X3 verilməsi, qət edilmişdir. Bundan başqa, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Belə ki, özü heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Bu səbəbdən icra sənədləri üzrə borcunu ödəmək iqtidarında deyildir. Həmçinin, qeyd edir ki, “Youtube” sosial şəbəkəsində yayılan məlumatları sildirməyə cəhd etsə də, buna nail ola bilməmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 3417/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1.020 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 2079/2022 saylı icra vərəqəsindən görünür ki, iddiaçılar Zərərçəkmiş şəxs və X1 şərəf və ləyaqətini ləkələyən məlumatların “Youtube” sosial şəbəkəsindən silinməsinin Şəxs və qeyrilərinin üzərinə vəzifə qoyulması, Şəxs və qeyrilərindən hər birindən 300 manat olmaqla, cəmi 900 manat mənəvi zərərin alınıb iddiaçılar Zərərçəkmiş şəxs və X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)- 639/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, tələbkarın, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını, eləcə də “Youtube” sosial şəbəkəsində yayılan məlumatları sildirə bilmədiyini qeyd etməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və tələbkarın şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (sltı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1006/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1006/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver