Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1007/2023 06.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə Dövlət Universitetinin İV kurs tələbəsi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəmkir RPŞ-nin İTB-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana istifadə etmiş və üzərində şəxsi istehlak miqdarında saxlamışdır. Bununla da o İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 protokolu müdafiə edərək, onun məzmununa uyğun izahat verərək bildirdi ki, 2-3 gün əvvəl əməliyyat müvəkkiləri tərəfindən keçirilmiş əməliyyat nəticəsində Şəxs narkotik istifadə etməsi ilə bağlı məlumat daxil olmuş və o, Şəmkir RPŞ-nə gətirilmiş üzərinə baxış keçirilərkən üzərindən şəxsi istehlak miqdarından çox olmayan marixuana aşkar edilmiş, cinayət işinin başlanılması rədd edilmiş və inzibati protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, əvvəllər narkotik vasitədən istifadə etməmişdir. O ilk dəfə istifadə etməsi üçün marixuana əldə etmişdir. Polis əməkdaşları onu Şöbəyə dəvət etmiş və üzərindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Hazırda əməlindən səmimi peşimandır, etdiyi əməl üzrə özünü təqsirli bilir. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: İşdə olan xx.xx.2023-cü il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:40-da tutulmuş, hüquqları 22:00-da hüquqları məhdudlaşrılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarışa başlamamışdan əvvəl Şəxs üzərində narkotik vasitə, narkotik vasitə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuşdur. Şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynindəki göy rəngli cins şalvann sağ yan cibindən sellofan bükümünü çıxararaq masanın üzərinə qoydu. Həmin sellofan bükümün içərisindən narkotik vasitə olan marixuanayabənzər kütlə aşkar olundu. Şəxs həmin narkotik vasitə olan marixuanayabənzər kütləni istifadə etməsini bildirdi. Şübhəli şəxs qismində tutulmuş Şəxs həmin kütləni Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində qardaşı Ruslan Məmmədov ilə birlikdə etibarnamə əsasında idarə etdiyi **-NT-*** dövlət qeydiyyat nişanlı, Toyota Camry markalı avtomobillə gedərək Dəllər qəsəbə sakini Məhəmməd adlı şəxsin oğlu “Vaska” ləqəbli Vasif adlı şəxsdən 50 manat müqabilində almasını və həmin kütlənin bir qismini şəxsi istifadə etməsini qeyd etdi. Həmin kütlə kiçik həcmli «Yingjoe» markalı tərəzidə çəkildi və sellofan büküm birlikdə çəkisi 0,86 qram marixuanaya bənzər kütlə olması müəyyən edildi. Həmin kütlə qablaşdırılaraq AR DİNnin 118 nömrəli möhürü ilə möhürləndi və götürülərək ekspert tədqiqatına göndəriləcəkdir. Bundan başqa Şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Kent 4” markalı siqaret və alışqan, ümumilikdə 398 manat pul aşkar olundu. Həmin əşyalar iş uçun əhəmiyyət kəsb etmədiyindən Şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər diskə köçürülərək protokola əlavə ediləcəkdir. Bununla da şəxsi axtarış başa çatdı. İşdə olan xx.xx.2023-cü il tarixli baxış aparılması barədə protokoldan görünür ki, Şəxs etibarnamə əsasında idarə etdiyi məxsus Toyota Camry markalı ** NT *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirməyə başlamamışdan əvvəl Şəxs avtomobilində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşuldu. Şəxs avtomobilində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirdi. Bundan sonra polis əməkdaşının iştirakı ilə avtomobilin salonuna və yük yerinə baxış keçirildi. Baxış zamanı Şəxs idarə etdiyi avtomobilindən narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bır əşya aşkar edilmədi. İşdə olan xx.xx.2023-cü il tarixli, 16/698 saylı Məhkəmə Ekspertiza Mərkəzi X4 tərəfindən verilmiş rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 0,68 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəmkir rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2023-cü il tarixdən, saat 22:00-dan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,66 qram narkotik vasitə olan marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) gün müddətində həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2023-cü il tarixdən, saat 22:00-dan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,66 qram narkotik vasitə olan marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1007/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1007/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver