Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1009/2023 20.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İX Tağım YPX inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İX Tağımından daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında İX Tağım YPX inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində VAZ 21154 Minik markalı 90HH645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələrindən nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında proptokol tərtib etmiş İX Tağım YPX inspektoru, polis baş serjantı X3 izahatında göstərdi ki, o, xidmətdə olarkən xx.xx.2023-cü il tarixdə saat 23 radələrində işıq cihazlarından düzgün istifadə etməməsinə görə VAZ 21154 Minik markalı 90HH645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünü saxlamış, sürücü Şəxs özünü şübhəli apardığı üçün sərxoşluğun müəyyən edilməsi üçün tərəfindən test verilməsi üçün həkim müayinəsinə aparılmış, bu zaman sürücü Şəxs narkotik vasitə istifadə etməsi və onun təsiri altında nəqliyyat vasitəsini idarə etməsi aşkar edilmiş, tərəfindən inzibati protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq sürücü barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsindən nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində VAZ 21154 Minik markalı 90HH645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şəmkir rayonu ərazisində etibarnamə əsasında idarə edərkən işıq siqnalarından istifadə qaydalarının tələblərini pozduğuna görə İX Tağım YPX inspektoru tərəfindən saxlanılmış, sonra sərxoş olub-olmaması üçün həkim müayinəsinə aparılmış və ondan test götürülmüş, onun narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Hazırda əməlindən peşiman olmasını nəzərə alınaraq barəsində cərimə növündə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 2084/2023 nömrəli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinədən keçirilmiş və onda sidikdə narkotik vasitə (THC) aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi onun inzibati xəta ilə bağlı təqsirini etiraf etməsi ilə yanaşı iş materialları ilə tam sübuta yetir. Şəxs əməli İX Tağım YPX inspektoru, polis baş serjantı X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, heç bir yerdə işləməməsini və tətbiq ediləcək tənbehin onun ailəsinə təsirini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 07 (yeddi) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1009/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1009/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver