Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1015/2024 06.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəmkir Rayon Polis şöbəsinin, DYPB-nin inzibati tənbeh tətbiq etmə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: X3 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Polis şöbəsinin, DYPB-nin inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsini və yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X2 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 ərizəsini qeyri-müəyyən şəkildə əsaslandırmış, ərizənin nəticə hissəsi dəqiq müəyyən olunmamış, həmçinin o, mübahisələndirdiyi qərarı müraciətinə əlavə etməyərək hansı orqanın qərarından şikayət etməsini konkret olaraq göstərməmişdir. Qeyd edilənlər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi qeyrimüəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla məhkəmə hansı qərarın mübahisələndirilməsini müəyyən edə bilməmiş və X1 şikayətinə əlavə etmiş olduğu sənədlər hazırkı işə baxılaraq qərar qəbul edilməsini istisna edir. Ona görə də məhkəmə hesab edir ki, şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə onu vermiş şəxsə qaytarılmalı və ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəmkir Rayon Polis şöbəsinin, DYPB-nin inzibati tənbeh tətbiq etmə haqqında qərarından X3 tərəfindən verilmiş ərizənin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. X2 qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1015/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1015/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver