Məhkəmə qərarları › İş №3(076)-1016/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1016/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1016/2023 10.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə borclu: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Kamil qızının Müdafiəçi: Vəkil iştirakı ilə xx.xx.1997-ci ildə Şəmkir rayonu, Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Bayramlı kəndində yaşayan Şəxs Kamil qızının Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs Kamil qızı, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, MTT(076)- 15/2023 saylı icra sənədi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Kamil qızı Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli “müvəqqəti təminat tədbirinin seçilməsi barədə” qərardadı ilə iddiaçı Şəxs Kamil qızının cavabdeh Zərərçəkmiş şəxs qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair mülki iş üzrə mübahisə məhkəmədə həll edilənədək iddiaçı Şəxs Kamil qızının hər çərşənbə, şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək xx.xx.2018-ci il təvəllüdlü Rəvan adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Həmin icra sənədi üzrə Şəxs Kamil qızı görüş üçün Rəvan adlı uşağı aparmış, lakin müəyyən edilən görüş vaxtı bitdikdən sonra uşağı geri qaytarmamışdır. Bundan sonra dəfələrlə Şəxs uşağı qaytarmaq tələb olunsa da, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və Şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli “müvəqqəti təminat tədbirinin seçilməsi barədə” qərardadına əsasən onun himayəsində olan Rəvan adlı uşağı görüş üçün aparmış, lakin müəyyən edilən görüş vaxtı bitdikdən sonra uşağı geri qaytarmamışdır. Hazırda uşağın ona qaytarılmasını tələb edir. Çünki məhkəmə qərardadı ilə mübahisə məhkəmədə həll edilənədək iddiaçı Şəxs Kamil qızının Rəvan adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ hər çərşənbə, şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək təmin edilmişdir. Hazırda onlar arasındakı mübahisə yekunlaşmamış, uşağın kimin yanında saxlanılması müəyyən edilməmişdir. Odur ki, Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kamil qızı izahatında göstərdi ki, məhkəmədə cavabdeh Zərərçəkmiş şəxs qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair iddia qaldırmış və həmin mülki iş üzrə “müvəqqəti təminat tədbirinin seçilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun ərizəsi qismən təmin edilmiş və mübahisə məhkəmədə həll edilənədək onun hər çərşənbə, şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək xx.xx.2018-ci il təvəllüdlü Rəvan adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Həmin qərardadın icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə uşağı Zərərçəkmiş şəxs təhvil almış, lakin sonradan uşağı geri qaytarmamışdır. Hazırda da uşağı qaytarmaq fikri yoxdur. Belə ki, uşağı cavabdehin yanında diqqətsiz və qayğısız qalır. Hesab edir ki, uşağı azyaşlı olduğundan cavabdeh uşağa baxmaq iqtidarında deyildir və uşaq onun himayəsində qalmalıdır. Odur ki, protokol üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, MTT(076)-15/2023 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Şəxs Kamil qızının cavabdeh Zərərçəkmiş şəxs qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair mülki iş üzrə mübahisə məhkəmədə həll edilənədək iddiaçı Şəxs Kamil qızının hər çərşənbə, şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək xx.xx.2018ci il təvəllüdlü Rəvan adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Rəvan adlı uşaq görüş üçün Şəxs Kamil qızına təhvil verilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs Kamil qızı cavabdeh Zərərçəkmiş şəxs qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair mülki iş üzrə iddiaçı (tələbkar) olsa da, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, MTT(076)-15/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs Rəvan adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ mübahisə məhkəmədə həll edilənədək təmin edilmiş və onun uşağı ilə ünsiyyət hüququ yalnız hər çərşənbə, şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək müəyyən edilmişdir. Buna baxmayaraq, Şəxs Rəvan adlı uşağı ünsiyyət üçün aparmış, lakin geri qaytarmamışdır. Bununla da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və onun əməlində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs Kamil qızının, cavabdehin, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xətanı törətmiş Şəxs Kamil qızının məhkəmə qərardadı əsasında verilmiş icra sənədi üzrə xx.xx.2018-ci il təvəllüdlü Rəvan adlı uşağı görüş üçün aparmasının, lakin müəyyən edilən görüş vaxtı bitdikdən sonra uşağı geri qaytarmamasının həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Həmçinin, Şəxs Kamil qızı məhkəmə iclası zamanı həmin halı etiraf etmiş, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, MTT(076)-15/2023 saylı icra sənədi üzrə uşağı görüş üçün apardığını, lakin qaytarmadığını, eləcə də qaytarmayacağını bildirmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Kamil qızının törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs Kamil qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və Zərərçəkmiş şəxs şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Kamil qızına cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Kamil qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar