Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1018/2024 23.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin X1 iştirakı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2–ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X11 şikayətini onunla əsaslandırmışdır ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis səlahiyyətlərini müvəqqəti icra edən X6 17 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərarına əsasən Mərkəzi Xəstəxanın fəaliyyəti zamanı əmələ gələn təhlükəli tibbi tullantıların və məişət tullantılarının açıq şəkildə qalaqlanması halı olmuşdur. Buna görədə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məsuliyyətə verilmişdir. Onun sözü gedən protokoldan məlumatı olmamışdır, eyni zamanda Şəmkir şəhəri Mərkəzi Xəstəxanası adlı idarə mövcud deyildir, olsa belə o orada işləmir. Barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddədən açıq şəkildə başa düşülür ki, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması inzibati məsuliyyət yaradır. Lakin barəsində qəbul edilmiş qərardan görünən odur ki, guya o Mərkəzi Xəstəxanın fəaliyyəti zamanı əmələ gələn təhlükəli tibbi tullantıların və məişət tullantılarının açıq şəkildə qalaqlanmasını təşkil etmişdir. Qeyd edilən maddənin dispozisiyasında tibbi tulantıların qalaqlanması barədə norma qeyd edilməsədə rəis vəzifəsini icra edən Elşən Şirinov fərziyyəsinə əsasən qərar qəbul emişdir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Təqdim etmiş olduğu qərardan da görünür ki, barəsində 3500 manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbəğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Hesab edir ki, qanunvericiliyin normaları pozularaq onun barəsində əsassız olaraq inzibati cərimə tətbiq edilmişdir. Həmçinin qeyd etmək istəyir ki, O, Şəmkir Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Dəstək Xidmətlər şöbəsinin rəisi vəzifəsində işləyir. İnzibati xətanın olmadığı və baş vermədiyi təqdirdə, Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sözügedən halın qarşısını alınmasının ona həvalə edilməsi, eləcədə sözügedən hal üzrə onun məsul şəxs olmağı barədə iş materillarına heç bir sənəd əlavə etməmiş, yuxarıda qeyd etdiyi kimi bununlada qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə İdarənin 01 iyul 2024-cü il tarixli 000240 saylı sərəncamı əsasında ətraf mühitin mühafizəsinə nəzarət məqsədilə Şəmkir rayonu ərazisində reyd keçirən zaman Şəmkir Rayon Mərkəzi Xəstəxanasının ərazisində məişət tullantılarının yerləşdirilməsi üçün tullantı qablarının ətrafında tibbi tullantıların qalaqlandığı aşkar olunmuşdur. Xəstəxana rəhbərliyi tərəfindən tibbi tullantıların idarə olunması barədə xx.xx.2023-cü il tarixli PHŞ-6-73/3-1-245/2023 saylı əmrinə əsasən tullantılara gündəlik nəzarətin təşkil olunması X5 həvalə edilmişdir. Rövşən Əliyevlə birgə Xəstəxananın ərazisinə baxış keçirilmişdir. Aparılan araşdırma zamanı xəstəxana ərazisində məişət və tibbi tullantıların qalaqlandığı, salafan torbalarda qablaşdırılaraq xəstəxananın binasının müxtəlif yerlərində açıq şəkildə yerləşdirildiyi aşkar olunmuşdur. Xəstəxananın fəaliyyəti zamanı tibbi tullantıların idarə olunmasına xəstəxana tərəfindən nəzarət olunmadığı müəyyən edilmişdir. Xəstəxanada tibbi tullantıların idarə olunmasına dair əmr əsasında nəzarət, dəstək xidmətləri şöbəsinin şöbə müdiri X10 həvalə olunmuşdur. X2 fəaliyyəti zamanı əmələ gələn təhlükəli tibbi tullantıların və məişət tullantılarının açıq şəkildə qalaqlanması aşkar edilərək Dəstək xidmətləri şöbəsinin şöbə müdiri X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 bildiriş göndərilərək barəsində xx.xx.2024– cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildildiyi və həmin protokol əsasında xx.xx.2024-cü il tarixdə saat 16:00-da barəsində qərar qəbul ediləcəyinə dair məlumat verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, qəbul olunmuş qərar, əsaslıdır və qərar qəbul olunarkən qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X7 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli PHŞ-6-73/3-1-245/2023 saylı əmrdən görünür ki, Şəmkir RMX PHŞ-də tullantılara gündəlik nəzarətin təşkili şöbə və bölümlərdə fəaliyyət göstərən təsərrüfat bacılarına həvalə edilir. Ümumi xəstəxana üzrə isə Təsərrüfat bölümünün müdiri X5 həvalə edilməsi, Tibbi tullantıların əmələ gəlməsi hərəkətinə dair 1- Tibbi tullantılar №-li illik rəsmi statistika hesabat formasının tərtib edilməsi və hesabatın yanvar ayının 31-nə kimi rayon Gigiyena Epidemiologiya və Ekalogiya və təbbi Sərvətlər Nazirliyinin ərazi üzrə şöbəsinə təqdim edilməsi Statistika bölməsinin müdiri X8 həvalə edilməsi, əmrə nəzarət Dəstək xidmətləri şöbəsinin Şöbə müdiri X10 tapşırılması əmr edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 84616 saylı aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İdarənin 01 iyul 2024-cü il tarixli 000240 saylı sərəncamı əsasında ətraf mühitin mühafizəsinə nəzarət məqsədilə Şəmkir rayonu ərazisində reyd keçirən zaman Şəmkir Rayon Mərkəzi Xəstəxanasının ərazisində məişət tullantılarının yerləşdirilməsi üçün tullantı qablarının ətrafında tibbi tullantıların qalaqlandığı aşkar olunmuş və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən və xəbərnamədən görünür ki, X10 bildiriş göndərilərək barəsində xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildildiyi və həmin protokol əsasında xx.xx.2024-cü il tarixdə saat 16:00-da barəsində qərar qəbul ediləcəyinə dair məlumat verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Mərkəzi Xəstəxanın fəaliyyəti zamanı əmələ gələn təhlükəli tibbi tullantıların və məişət tullantılarının açıq şəkildə qalaqlanması aşkar edilərək Dəstək xidmətləri şöbəsinin şöbə müdiri X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə 3500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X10 barəsində tərtib olunmuş qərar haqqında məlumat verilmiş və göstərilən məbləği 1 ay müddətində İdarənin xüsusi hesabına ödəməsi tələb olnmuş, əks halda 3 ay müddətində cərimə ödənilməsə məcburi şəkildə icra olunması üçün sənədlər aidiyyatı üzrə İcra və Probasiya Şöbəsinə göndəriləcəyi bildirilmişdir. İş olan fotoşəkillərdən müəyyən edilir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının ərazisində xəstəxanın fəaliyyəti zamanı əmələ gələn təhlükəli tibbi tullantıların və məişət tullantılarının açıq şəkildə qalaqlanması aşkar olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271–ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, X7 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 60.1–ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı–ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3–cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxs inzibati icraatın aparılması barədə rəsmi qaydada məlumatlandırılmaqla öz müdafiəsini təşkil etmək üçün şərait yaradılmış və ona in iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır.Həmçinin məhkəmə araşdırması zamanı barəsində qərar çıxarılmış şəxsin şikayət ərizəsində göstərdiyi dəlillərin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, X11 şikayət ərizəsində barəsində tərtib olunmuş protokoldan məlumatı olmadığını bildirsədə, iş materiallarına əlavə olunmuş bildirişdən və xəbərnamədən görünür ki, tərəf inzibati icraatın aparılması barədə rəsmi qaydada məlumatlandırılmışdır. Həmiçinin barəsində qərar çıxarılmış şəxs təhlükəli tibbi tullantıların və məişət tullantılarına nəzarət üçün məsul şəxs olmadığını bildirsədə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli PHŞ-6- 73/3-1-245/2023 saylı əmrindən çıxarışdan görünür ki, Şəmkir RMX PHŞ-də tullantılara gündəlik nəzarət edilməsi ilə bağlı əmr verilmiş və əmrə nəzarət olunması Dəstək xidmətləri şöbəsinin Şöbə müdiri X10 tapşırılmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271–ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271–ci maddələri ilə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271–ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə 3500 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271–ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə 3500 manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1018/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1018/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver