Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1019/2023 11.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Gədəbəy rayonu, Qarelovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Gədəbəy rayonu, Plankənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 24 may 2023-cü il tarixdə saat 21 radələrində Şəmkir şəhəri, N.Tusi küçəsində qonşusu Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur və münasibətləri normal olmamışdır. 24 may 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı Şəmkir şəhəri, N.Tusi küçəsində səs-küy eşitmiş, həmin vaxt küçəyə çıxdıqda Fəridənin onun əri Ramiq məxsus avtomobilin yan güzgüsünü sındıraraq qaçmasını görmüşdür. Bu zaman Fəridənin arxasınca gedərək bunun səbəbini soruşmuş, sonuncu isə onu söyüb təhqir etmiş, saçından tutaraq yolmuşdur. Bundan sonra onlar arasında qarşılıqlı mübahisə yaranmış və bir-birlərinə əl zərbələri ilə vurmuşlar. Səsküyə əri Ramiq küçəyə çıxmış və onları aralaşdırmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı göstərdi ki, 24 may 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı Şəmkir şəhəri, N.Tusi küçəsində zibil tökmək üçün küçəyə çıxmış, bu vaxt küçədə olan itlər ona hücum çəkərək qorxutmuşdur. İtlərdən qorxduğu üçün qonşusu Ramiqin küçədə saxladığı avtomobilə bilmədən toxunmuş, həmin vaxt avtomobildə olan siqnalzasiya səs etməyə başlamışdır. Həmin səsə Ramiqin arvadı Ülviyyə küçəyə çıxmış, onunla mübahisə etməyə başlamış, onun sifətinə yumruq vuraraq və saçını yolaraq ona xəsarət yetirmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Şəxs onun arvadı, Zərərçəkmiş şəxs isə qonşusudur. 24 may 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı Şəmkir şəhəri, N.Tusi küçəsində səs-küy eşitmiş, həmin vaxt küçəyə çıxdıqda Fəridənin arvadı Ülviyyə ilə mübahisə etməsini və qarşılıqlı bir-birlərini vurmasını görmüşdür. O dərhal onlara yaxışlaşmış və sakitləşdirərək aralaşdırmışdır. Sonradan bilmişdir ki, Fəridə ona məxsus avtomobilin yan güzgüsünü sındırmış, bu səbəbdən Ülviyyə ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı qarşılıqlı dava etmişlər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 557 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sol gözaltı və sağ kürəküstü nahiyənin qançırları, sol ayağın iç topuq nahiyəsinin sıyrıqları kimi xəsarətlər aşkar edilmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1019/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1019/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver