Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1019/2024 10.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir DYPB-nin YNH üzrə baş inspektoru: X4 Zərər çəkmiş şəxs: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə, Şəxs, 20 avqust 2024-cü il tarixdə saat 12:00 radələrində Şəmkir şəhəri, N.Nərimanov küçəsində sürücülük hüququ olmadan idarə etdiyi “DODGE CHARGER” markalı ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən ara məsafəsi saxlama qaydalarını pozaraq RANGE ROVER markalı, ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş nəticədə sonuncu avtomobilin sahibi X3 maddi zərər dəymişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə, özünün etirafı və zərər çəkmiş şəxsin izahatı ilə təstiq olunmuşdur. Məhkəmə iclası zamanı Şəmkir DYPB-nin YNH üzrə baş inspektoru, X7 izahatında göstərdi ki, 20 avqust 2024-cü il tarixdə saat 12:00 radələrində xidmətdə olarkən Şəmkir şəhəri, N.Nərimanov küçəsində nəqliyyat hadisəsinin baş verməsini aşkar etmişdir. Hadisə üzrə aidiyyəti üzrə araşdırma aparılan zaman, məlum olmuşdur ki, Şəxs, sürücülük hüququ olmadan idarə etdiyi “DODGE CHARGER” markalı ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən ara məsafəsi saxlama qaydasını pozaraq RANGE ROVER markalı, ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və hadisə nəticəsində xəsarət alan olmasa da, sonuncu avtomobilin sahibi X3 maddi zərər vurulmuşdur. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Şəxs ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında özünü təqsirli bilərək izahatında göstərdi ki, 20 avqust 2024-cü il tarixdə saat 12:00 radələrində, Şəmkir şəhəri ərazisində “DODGE CHARGER” markalı ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərkən X3 məxsus, RANGE ROVER markalı, ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ara məsafəsi saxlama qaydalarını pozmaqla arxa hissəsindən vuraraq əzmişdir, lakin hadisə zamanı xəsarət alan olmamışdır. X1 maddi zərər dəymişdir. Bununla belə dəymiş ziyanı tam şəkildə ödəmiş olmasa da, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Ona görə də qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X5, məhkəmə iclası zamanı izahatında və təqdim etdiyi ərizəsində göstərdi ki, 20 avqust 2024-cü il tarixdə saat 12:00 radələrində, ona məxsus RANGE ROVER markalı, ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Şəmkir şəhəri, N.Nərimanov küçəsində, “DODGE CHARGER” markalı ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs ara məsafəsi saxlama qaydalarını pozaraq onun avtomobilini arxa hissədən vuraraq avomobilə maddi zərər vurmuşdur. Lakin, hadisə zamanı xəsarət alan olmamışdır. Bununla belə, Şəxs dəymiş zərəri tam şəkildə ödəmiş olmasa da, onun barəsində şikayət və tələbi yoxdur və barəsində daha yüngül tənbeh növünün seçilməsini, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, RANGE ROVER markalı, ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3300 (üç min üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xəta törətmiş şəxsin izahatını, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1019/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1019/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver