Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1022/2023 13.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Vəkil iştirakı ilə xx.xx.1977-ci ildə Gədəbəy rayonu, Ağamalı kəndində anadan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-3327/2019 saylı icra sənədi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-492/2020 saylı icra sənədi üzrə yaranmış 11.960 manat aliment borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi ilə Əli və Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, həmçinin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi ilə Əli və Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Hazırda Şəxs 11.960 manat aliment borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək alimentin ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, maddi vəziyyəti aşağıdır və azyaşlı uşaqlarını saxlamağa imkanı yoxdur. Borclu isə məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən yayınır. Dəfələrlə borclu aliment borcunu ödəmək üçün vaxt istəmiş, lakin hazırki vaxtadək borcunu tam şəkildə ödəməmişdir. Borclu aliment məbləğini ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi ilə Əli və Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, həmçinin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi ilə Əli və Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Belə ki, artıq 2 ilə yaxındır ki, insult keçirmiş və əmək qabiliyyətini itirmişdir. Bu səbəbdən heç yerdə işləmir və qazanc əldə etmir. Qoca anası çörək sexində işləyir və cüzi qazanc əldə edir. Anasının qazancı ilə güclə dolanırlar. Onun müayinə və müalicələrinə kifayət qədər vəsait xərclənir və ona anası baxır. Tələbkara olan borcunu ödəməkdən qərəzli şəkildə yayınmır. Onun səhhətində ciddi problem olması və əmək qabiliyyətinin olmaması səbəbindən yığılmış aliment borcunu ödəyə bilmir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Əli və Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qərar alınmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Əli və Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi ümumi icraatda birləşdirilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. İşdə olan Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli beyin MRTdən görünür ki, Şəxs “sağ beyin yarımkürəsində, bazal qanqliyonlarda, təpə payının subkorteksində yerləşən, periventrikulyar nahiyələrə uzanan keçirilmiş hemorogedən sonarkı post infarkt ətrafında kistik qliotik dəyişkənliklər” diaqonozu qoyulmuşdur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs insult keçirmiş və əmək qabiliyyətini itirmişdir. Borclunun əmək qabiliyyəti olmadığından işləmir və qazanc əldə etmir. Həmçinin, onun səhhətində ciddi problemlər var və bu hal məhkəmə iclası zamanı da müəyyən edilmişdir. Belə olan halda borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınması, dolayısı ilə icra məmurunun tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə həmçinin qeyd edir ki, borclu Şəxs əvvəllər də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Hazırki vəziyyətdə borclunun səhhəti nəzərə alınarsa, ona hər hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsi halının icra sənədinin icrasına hər hansı müsbət təsir göstərməsi müəyyən edilmir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1022/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1022/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver