Məhkəmə qərarları › İş №3(076)-1026/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1026/2023

15.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1026/2023 15.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, protokolu tərtib etmiş Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə rəisi polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis X7 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəmkir RPŞ-nin Zəyəm PB-nin polis sahə rəisi polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilir ki, 15 iyul 2023-cü il tarixdə onu intizama dəvət edən polisin qanuni tələbinə bilərəkdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə rəisi polis kapitanı X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə gecə saaat 09 radələrində Şəmkir rayonu,Tatarlı kəndində yaşayan Dilman Mustafayevin şikayəti ilə əlaqədar Şəxs izahat vermək üçün polis bölməsinə getməli olduğu izah olundu. Şəxs səbəbsiz yerə uca səslərlə ünvanlı və ünvansız nalayiq söyüşlər söyməyə başladı. Şəxs nizam intizama dəvət edərkən qanuni tələblərə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə gecə saaat 09 radələrində onun həyətinin qabağına polis əməkdaşları gəldilər. X3 şikayəti ilə əlaqədar Şəxs izahat vermək üçün polis bölməsinə getməli olduğu izah olundu. Bu səbəbdən əsəbləşərək səbəbsiz yerə uca səslərlə ünvanlı və ünvansız nalayiq söyüşlər söymüşdür. Hazırda əməlindən peşmandır, ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Şəxs ümumi qəbul edilmiş birgə yaşayış qaydalarına zidd olaraq başqa şəxslərin dincliyini pozaraq ucadan səs-küy salaraq və söyüşlər söyərək polis əməkdaşları ilə mübahisə etmiş, bununla İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlindən səmimi peşman olmasını məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs əməlindən səmimi peşman olmasını məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar