Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-103/2025 11.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi, Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2, Tələbkar: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonu, Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-2322/2021 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-1656/2023 saylı, xx.xx.2024-cü il tarixli, 2(076)-1658/2024 saylı icra sənədləri üzrə yaranmış borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Аzərbaycan Рespublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun əsaslarını müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-2322/2021 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-1656/2023 saylı, xx.xx.2024-cü il tarixli, 2(076)-1658/2024 saylı icra sənədlərinə əsasən, Şəxs 518 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməli, həmçinin, 2040.81 manat məbləğində pul və 41 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməli, həmçinin, hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat məbləğində aliment alınaraq tələbkar X4 ödənilməlidir. Lakin, Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək ondan borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Həmçinin borclunun yaşadığı ünvanda tapılmadığı üçün barəsində axtarış verilmiş, sonradan polis şöbəsinin əməkdaşlarının köməyi ilə icra idarəsinə gətirilmişdir. Hazırda icra sənədləri üzrə cəmi 3599.81 manat borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırdığına görə hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolu müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 1658/2024 saylı icra sənədi üzrə tələbkar X6 izahatında bildirdi ki, borclu aliment borcunu ödəməkdən yayınır, o isə azyaşlı uşaqların maddi tələbatlarını tək ödəyə bilmir, borclunun bu hərəkətləri onu və ailəsini pis vəziyyətə salır. Odur ki borclunun barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-2322/2021 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-1656/2023 saylı, xx.xx.2024-cü il tarixli, 2(076)-1658/2024 saylı icra sənədlərinə əsasən, ondan 518 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməli, həmçinin, 2040.81 manat məbləğində pul və 41 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməli, həmçinin, hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat məbləğində aliment alınaraq tələbkar X4 ödənilməlidir. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir. Hazırda heç bir yerdə işləmir, borcunu ödəyə biləcək əmlakı yoxdur, hazırki vaxtda ödəniş edə bilmir. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-2322/2021 saylı, xx.xx.2023cü il tarixli, 2(076)-1656/2023 saylı icra sənədləri üzrə tələbkarlara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-2322/2021 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-1656/2023 saylı, xx.xx.2024-cü il tarixli, 2(076)-1658/2024 saylı icra sənədlərinə əsasən, Şəxs 518 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməli, həmçinin, 2040.81 manat məbləğində pul və 41 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməli, həmçinin, hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat məbləğində aliment alınaraq tələbkar X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021ci il tarixli, 2(076)-2322/2021 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-1656/2023 saylı, xx.xx.2024-cü il tarixli, 2(076)-1658/2024 saylı icra sənədləri üzrə icraat birləşdirilərək, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. İş materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, hazırda ümumi borc 3599.81 manat təşkil edir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, tələbkar X3, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədlərini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-2322/2021 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-1656/2023 saylı, xx.xx.2024-cü il tarixli, 2(076)-1658/2024 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 3599.81 manat aliment borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəxs, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 11 fevral 2025-ci il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-103/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-103/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver