Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1030/2023 16.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Şəmkir Rayon Polis X4 Bölməsi polis sahə rəisi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şəmkir Rayon Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəmkir RPŞ-nin İTB-in SİR X13 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 15 iyul 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs YPX-in əməkdaşlarının fəaliyyətinə maneçilik törətmiş və qanuni tələblərə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən Şəmkir Rayon Polis X4 Bölməsi polis sahə rəisi X8 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində TOYOTA CAMRY minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sənədlərini yoxlamaq məqsədilə, saxlanıldı. Yoxlama zamanı sürücü X1 vəsiqəsinin olmadığını müəyyən etdi. Sürücü barəsində inzibati qaydada tədbir görmək isəyən zaman vətəndaş Əvəz adlı şəxs onlara yaxınlaşaraq işlərinə mane olmağa və həmin nəqliyyat vasitəsinə cərimə yazmadan buraxmaqlarını istədi. Onlar vətəndaşı dəfələrlə polisin qanuni tələbinə tabe olmağa dəvət etsələr də Əvəz onlara məhəl qoymayaraq öz mobil telefonu ilə postda polis əməkdaşlarının xidməti fəaliyyətini çəkməyə başlamışdı. Həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verməyiniz xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X8 X1 vəsiqəsinin olmadığını müəyyən edib ona 100 manat cərimə yazacağını bildirdi. Bu zaman o, X3 imkanı olmadığını və cəriməni 40-50 manat ödəyə biləcəyini bildirmişdir. Mobil telefonla heç kəsin şəklini çəkməmiş, postun qabağından keçən maşınların şəklini çəkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA-nın 9-cu taqımın 724 saylı postunda polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:50 TOYOTA CAMRY markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sənədlərini yoxlamaq məqsədilə saxlanıldı. Yoxlama zamanı sürücü X1 vəsiqəsinin olmadığını müəyyən edildi. Sürücü barəsində inzibati qaydada tədbir görmək istəyən zaman vətəndaş Əvəz adlı şəxs bizə yaxınlaşaraq işlərimizə mane olmağa və həmin nəqliyyat vasitəsinə cərimə yazmadan buraxmaqlarını istədi. Onlar vətəndaşı dəfələrlə polisin qanuni tələbinə tabe olmağa dəvət etsələr də Əvəz onlara məhəl qoymayaraq öz mobil telefonu ilə postda onları və digər əməkdaşların xidməti fəaliyyətini çəkməyə başladı. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etdilər. Yol Patrul Xidməti avtomobili ilə Şəmkir RPŞ-nin növbətçi hissəsinə təhvil verdilər. Şahid qismində dindirilmiş polis baş serjantı X9 eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları, məhkəməyə təqdim edilmiş video görüntü ilə yazı, barəsində tərtib edilmiş protokol və raportla öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 15 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, məhkəmə araşdırması zamanı video görüntülərə baxış keçirilmiş, video görüntülərdən də polis əməkdaşlarının işinə mane olacaq dərəcədə onların işinə mudaxilə etməyə etmiş, polis əməkdaşlarının telefonla çəkərək onların işinə mane olmuş, polis əməkdaşları onu nintizama dəvət etsədə onların qanuni tələbinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla, o cümlədən barəsində icraat aparılan şəxsin izahatı ilə müəyyən edildi ki, Şəxs 15 iyul 2023cü il tarixdə Şəxs YPX-i əməkdaşlarının fəaliyyətinə maneçilik törətmiş və qanuni tələblərə məhəl qoymamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İnzibati xətaya görə məsuliyyəti istisna edən hallar müəyyən edilməmişdir. Buna görə də Şəxs AR İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 15 iyul 2023-cü il saat 22:30-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1030/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1030/2023
16.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver