Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1036/2023 31.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Zərərçəkmiş (tələbkar) Zərərçəkmiş şəxs nümayəndəsi X1, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN 14811001 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 12 aprel 2021-ci il tarixli qərarla icraata başlanılmış Şəmkir Rayon Məhkəməsinin 2(076)-481/2020 nömrəli, 02 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 12 noyabr 2020-ci il tarixdən başlayaraq, 08 mart 2020-ci ildə anadan olmuş Fizuli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs qızma verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-482/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs dəyəri 1350 manat, çəkisi 21 qram olan 1 ədəd qızıl boyunbağı, dəyəri 630 manat, çəkisi 7 qram olan 1 ədəd qızıl klon, dəyəri 550 manat, çəkisi 6.3 qram olan 1 ədəd brilyant qaşlı nişan üzüyü və dəyəri 1100 manat, çəkisi 13.2 qram olan brilyant qaşlı qızıl üzük-sırğa dəstindən ibarət qızıl-zinət əşyalarının özləri, bu mümkün olmadıqda isə həmin əşyaların dəyəri məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs qızma verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və o, qərarı icra etməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 inzibati xəta haqqında protokolun dəlilləri müdafiə edərək izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya “tələbin könüllü icrası barədə” bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtlı-vaxtında ödəmir. Belə ki, hazırda tələbkara iki icra sənədi üzrə borcunu ödəməkdən qərəzli olaraq yayınır. Tələbkar isə borcun ödənilməsini tələb edir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 18 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, aliment borcunu imkanı olmadığından ödəyə bilmir. Yeni iş yerinə girdiyini və hissə-hissə alimentindən ödəyə biləcəyini bildirdi. Hə ayın 29-zu 300 manat ödəniş edəcəyini bildirdi. O, borcunu ödəməkdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X2 izahatında bildirdi ki, qızı uşağı təkbaşına böyüdür, heç bir yerdə işləmir və ona baxmağa çətinlik çəkir. Şəxs borcunu hissə-hissə ödəsəydi bəlkə də şikayətçi olmazdı. Hər ay 300 manat ödəməyi öhdəsinə götürüb, 200 manat ödəniş etmiş, protokol tərtib edildikdən sonra 100 manat ödəmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-481/2020 nömrəli, 02 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 12 noyabr 2020-ci il tarixdən başlayaraq, 08 mart 2020-ci ildə anadan olmuş Fizuli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs qızma verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-482/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs dəyəri 1350 manat, çəkisi 21 qram olan 1 ədəd qızıl boyunbağı, dəyəri 630 manat, çəkisi 7 qram olan 1 ədəd qızıl klon, dəyəri 550 manat, çəkisi 6.3 qram olan 1 ədəd brilyant qaşlı nişan üzüyü və dəyəri 1100 manat, çəkisi 13.2 qram olan brilyant qaşlı qızıl üzük-sırğa dəstindən ibarət qızıl-zinət əşyalarının özləri, bu mümkün olmadıqda isə həmin əşyaların dəyəri məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs qızma verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-481/2020 nömrəli, 02 fevral 2021-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş xx.xx.2021-ci il tarixdə borcluya təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1036/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1036/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver