Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1044/2025 01.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Məsail oğlunun sədrliyi, Rzazadə leyla Elçin qızının katibliyi, Şəmkir RPŞ-in İTB-in polis baş leytnantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş müvafiq olaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində ucadan ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələblərinə bilərəkdən tabe olmamışdır. Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində ünvansız uca səslə, nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis baş leytenantı X7 göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:40-da onlar xidmətdə olarkən, həmin radələrdə adı onlara sonradan məlum olan şəxslə, H.Abbasov küçəsi ilə Ə.Cavad küçəsinin kəsişməsində şəxsin ünvansız nalayiq ifadələr işlətdiyini görüb, ona yaxınlaşmışlar və həmin şəxsi nizam-intizma dəvət etmişlər. Lakin Şəxs onlara məhəl qoymayaraq əməllərinə davam etmişdir. Bundan sonra onlar Şəxs sakitləşdirmək istəmişlər, Şəxs onlara müqavimət göstərmişdir. Bundan sonra Şəxs həbs edilərək polis şöbəsnə gətirilməsini təmin etdik. Odur ki, protokolun dəlillərini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, sentyabr ayının 10-u Bakıdan Şəmkirə gəlmişdir. H.Abbasov küçəsi ilə Ə.Cavad küçəsinin kəsişməsində telefonla danışarkən, polis əməkdaşları heç bir səbəb olmadan ona yaxınlaşmış, onu ünvansız nalayiq ifadələr işlətməkdə təqsirləndirmiş, qollarından tutaraq maşına mindirmiş və şöbəyə gətirmişdirlər. Əvvələr narkotikdən istifadəyə görə məhkum olunduğunu bildirir. Buna görədə Şəmkir rayon məhkəməsi tərəfindən 20 gün müddətinə həbs edilmişdir və 30 sentyabr 2025-ci il tarixdə Şəmkir RPŞ-nin təcridxanasından çıxaraq və polis şöbəsinin ərazisindən cıxdığı zaman özü-özü ilə narazılığ edərək və söyüş söyərək getdiyi zaman bunu polis əməmkdaşları eşitmişdilər və onun arxasınca gələrək söyüş söyməməsini tələb etmişdilər, cavabında heç kəsə söyüş söymədiyini bildirsədə polislə aralarında narazılıq yaranmışdır və bununla bağlı onu yenidən saxlayaraq polis şöbəsinə qaytarmışdılar. Özünü xırda xuliqanlıqda və polisə müqavimətdə təqsirsiz hesab etmir. Polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir və müqavimət göstərməmişdir. Barəsində başlamış inziabati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, Şəxs onun oğludur. Hadisə zamanı o kənardan görmüşdür. Polislər Orxanın qollarından tutaraq aparan zaman “söymə-söymə” demişlər. Orxanın real vəziyyətdə söyməsinə, nalayiq ifadələr işlətməsinə şahidlik etməmişdir. Polis əməkdaşları Orxanı apararkən, Orxan polis əməkdaşlarına heçbir müqavimət göstərməmişdir. İş üzrə şahidlər X2 və X1 RPŞ-nin İTB-nin polis leytenantı X4 məlumatına uyğun izahat verdilər. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki , Şəxs inzibati xəta haqqında işin icraatı təmin etmək məqsədi ilə həmin tarixdə saat 01:00-da tutulmuşdur. Məhkəmə Şəmkir rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X4 məlumatını, barəsində inzibati icraat aparılan Şəxs izahatını, iş üzrə şahidlər X2 və X3 izahatlarını tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək və hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olmaması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyinin sübut edilməməsi səbəbindən, inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Lakin Polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama halı müəyyən edildiyindən, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tərkib olan hərəkətləri sərxoş halda olan şəxs kimi törətdiyindən İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutlmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tədbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq cəzanın minumum həddə təyin olunmasını məqsədəuyğun hesab edir.İXM-nin 535.1-ci maddəsində nəzərədə tutulmuş inzibati qaydada həbs növündə cəzanınn aşağı həddində təyin edilməsini onun islah olunmasında və cəzanın məqsədinə nail olmasında kifayət hesab edir və göstərilənləri nəzərə alıb hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə olan cəzanını aşağı hədində inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında zəruri hesab edir. Şərh olunanlara əsaslanaraq və İXM-nin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 01:00-dan hesablansın. Qərarın icrası Şəmkir rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-1044/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1044/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver