Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1046/2023 21.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs – Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB-nin polis sahə rəisi polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonu, Düyərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şəmkir rayonu, Düyərli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şəmkir Rayon Polis X11 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 21 iyul 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 12 iyun 2023-cü il tarixli MN ******* nömrəli və 21 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəmkir Rayon Polis X1rşısında yüksək səslə səs-küy salaraq qeyri-etik ifadələr işlətmiş, bu zaman polis əməkdaşı ona yaxınlaşaraq intizama dəvət edərək ictimai qaydanı pozmamasını bildirsə də Şəxs həmin vaxt polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsinin X10 polis sahə rəisi, polis kapitanı X9 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəmkir Rayon Polis X1rşısında yüksək səslə səs-küy salaraq qeyri-etik ifadələr işlətmiş, bu zaman polis əməkdaşı ona yaxınlaşaraq intizama dəvət edərək ictimai qaydanı pozmamasını bildirsə də Şəxs həmin vaxt polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Şəmkir rayonu, Düyərli kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı Düyərli kəndində yerləşən taxıl sahəsinə X4 məxsus olan 3 baş inəyin girərək ona 4000 manat məbləğində ziyan vurmuşdur. Lakin buna baxmayaraq heyvanları çölə buraxdığını bildirmişdir. Polis məntəqəsində yüksək səslə səs-küy salaraq qeyri-etik ifadələr işlətmiş, bu zaman polis əməkdaşı ona yaxınlaşaraq intizama dəvət edərək ictimai qaydanı pozmamasını bildirsə də Şəxs həmin vaxt polisin qanuni tələbinə tabe olmamışdır. Əməlindən peşmandır, göstərilənləri nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir Rayon Polis Şöbəsinin X10 polis sahə rəisi işləyən X3 ifadəsində bildirdi ki, o, X10 polis sahə rəisi vəzifəsində xidmət edir, polis kapitanıdır. xx.xx.2023-cü il tarixdə gündəlik xidmətdə olan zaman Düyərli kənd sakini Seymur X2rşısında yüksək səslə səs-küy salaraq qeyri-etik ifadələr işlətmiş, bu zaman ona yaxınlaşıb intizama dəvət etsə də Şəxs həmin vaxt onun qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs Şəmkir rayonu Zəyəm kəndində ünvansız söyüşlər söyüb səs küy saldığından və polisin qanuni tələbinə tabe olmadığından barəsində qanuni tədbir görülməsi üçün Polis Bölməsinə gətirilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 21 iyul 2023cü il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi inzibati xəta haqqında protokol, şahidlərin izahatı və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəmkir Rayon Polis X1rşısında yüksək səslə səs-küy salaraq qeyri-etik ifadələr işlətmiş, bu zaman polis əməkdaşı ona yaxınlaşaraq intizama dəvət edərək ictimai qaydanı pozmamasını bildirsə də Şəxs həmin vaxt polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 20 iyul 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1046/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1046/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver