Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-105/2024 23.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin Kür PB-nin polis sahə rəisi: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Şəmkir rayonu, Təzəkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs 23 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Şəmkir rayonu, Təzəkənd kəndində küçədə ucadan nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən 23 yanvar 2024cü il tarixdə saat 13 radələrində Şəmkir rayonu, Təzəkənd kəndində küçədə olarkən bir nəfər tanışı ilə telefonda danışdığı üçün əsəbi olmuş, buna görə də küçədə ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Hazırda əməlindən peşmandır. İnzibati xətanı əsəbi olduğu üçün törətmişdir. Odur ki, izahatında göstərilənlərin nəzərə alınmasını və ona daha yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfəridir. 23 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Şəmkir rayonu, Təzəkənd kəndində Kür PB-nin polis nəfəri Loğman Uğurluyevlə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin küçədə ucadan ünvansız nalayiq söyüşlər söyməsini görmüş, dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Lakin adı onlara sonradan məlum olan Şəxs söyüşlərini davam etdirmiş, bu səbəbdən onu Şəmkir RPŞ-nin Kür PB-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfəri X4 da şahid X1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid ifadəsini, iş materiallarını araşdıraraq hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs etirafı ilə yanaşı, iş materialları ilə də müəyyən olunur ki, o, Şəmkir rayonu, Təzəkənd kəndində küçədə ucadan nalayiq söyüşlər etməklə cəmiyyətdə bərqərar olunmuş ictimai və əxlaq qaydalarını pozan, ictimai münasibətlərə xələl gətirən hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri özündə ehtiva edir. Məhkəmə iclasında Şəxs 23 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Şəmkir rayonu, Təzəkənd kəndində küçədə ucadan nalayiq söyüşlər söyməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə– əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-105/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-105/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver